Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb
Pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır: 41,23 sentner/haRespublika üzrə pambıq yığımı yekun mərhələyə qədəm qoyub.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Dekabrın 11-dək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 354 906 ton xam pambıq tədarük olunub. Operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35,33 sentner/ha təşkil edir. Bu, 2000-ci ildən bu yana ölkəmizdə qeydə alınan ən yüksək orta məhsuldarlıq göstəricisidir. Buna qədər pambıq üzrə ən yüksək məhsuldarlıq göstəricisi 2020-ci ildə qeydə alınıb - 33,6 sent/ha.
Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və herbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvil vermək öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.
2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.
Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,23 sentner/ha təşkil edir. Dekabrın 11-dək rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 36 688,9 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,65 sentner/ha), Biləsuvar (39,49 sentner/ha), Tərtər (37,50 sentner/ha), Bərdə (35,90 sentner/ha) və Saatlı (35,78 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.
Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.
Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.
Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.
Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.
Respublikada pambıq yığımı davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 d. əvvəl
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
-
- 16 d. əvvəl
-
34 d. əvvəl
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib
-
1 saat əvvəl
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
-
1 saat əvvəl
PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir
-
1 saat əvvəl
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xarici İşlər Nazirliyi: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb
-
2 saat əvvəl
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Müdafiə Nazirliyi: Cavab tədbirləri hazırlanır və bu hücum aktları cavabsız qalmayacaq
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
Ən çox oxunanlar
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
İran Naxçıvana dronla zərbələr endirib
Yeni “Qoşa” lotereyası satışa çıxıb
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb





















