Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir - Biletlərin qiymətləri açıqlanıb
Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4,3 manat, Ləki–Qəbələ istiqamətində isə 1,7 manat təşkil edəcək.AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə 12 yanvar 2026-cı il tarixindən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayacaq.
"Marja" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Qeyd edilib ki, bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.
Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edəcək.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Biletləri 5 yanvar 2026-cı il tarixindən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
16 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
13 d. əvvəl
Əmək münasibətlərində hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?
-
-
55 d. əvvəl
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Nobel mükafatçısına Azərbaycandan yüksək təltif
Putin Əliyevə zəng edib
600 kiloqram və daha ağır iribuynuzlu heyvanlara subsidiya veriləcək
Emal müəssisələrinə təhvil verilən südə subsidiya veriləcək
Neft işçilərinə özəl - 3% ENDİRİMLİ, KOMİSSİYASIZ KREDİT ®
Sentyabrın 8-də gözlənilən hava şəraiti
Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək ®
“Unicapital” dövriyyəsini 3,6 dəfə, “İnvest-Az” isə 3 dəfə artırıb - Birja üzvlərinin yeni reytinqi
Kəlbəcərdə 1 milyon unsiyalıq qızıl yatağında ilk partlayış


























