Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetində 2025–2026-cı tədris ilindən aqrar sığorta fənninin tədrisinə başlanılıb.
“Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi” adlı fənn universitetin Biologiya fakültəsinin magistratura pilləsində tədris olunur. Aqrar sığorta fənni çərçivəsində tələbələr müxtəlif təbiət hadisələri və digər amillərin əkin sahələri üçün yaratdığı risklər, həmin risklərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərin hesablanması metodikalarını mənimsəyirlər.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində sığorta hadisələrinin araşdırılması və zərərlərin düzgün hesablanması mühüm əhəmiyyət daşıyır. Zərər çəkmiş təsərrüfatlara sığorta ödənişləri məhz bu hesablamalar əsasında müəyyən edilir.
Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə həsr olunmuş açıq dərsdə Biologiya fakültəsinin dekanı, biologiya elmləri doktoru, professor Afət Məmmədova dünyada baş verən iqlim dəyişikliklərinin təbiətə və aqrar sahəyə təsirinə diqqət çəkib. O bildirib ki, təbiət risklərinin düzgün qiymətləndirilməsi kənd təsərrüfatı üçün olduqca vacibdir. Professorun sözlərinə görə, bu fənnin tədrisi fakültə məzunlarının əlavə biliklər əldə etməsinə, onların ixtisas imkanlarının genişlənməsinə və biliklərinin praktik sahələrdə tətbiqinə şərait yaradacaq.
Fənnin bilavasitə tədrisi ilə məşğul olan tanınmış mütəxəssis, müstəqil aqrar sığorta eksperti Zülfü Məmmədov ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmi, onun üstünlükləri və kənd təsərrüfatı üçün əhəmiyyəti barədə məlumat verib. Ekspert qeyd edib ki, son illər iqlim dəyişiklikləri səbəbindən dolu, şiddətli küləklər, quraqlıq və digər təbiət hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Belə şəraitdə bitkilərə və əkin sahələrinə dəyən zərərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Açıq dərsdə BDU-nun Biologiya fakültəsinin magistr tələbəsi Aysun Əsədlinin “Məhsuldarlığın təyini metodikası” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda bitki zərərlərinin araşdırılması zamanı görüləcək tədbirlər, onların ardıcıllığı, diqqət yetirilməli əsas məqamlar və digər vacib məsələlər ətraflı izah olunub.
Qeyd edək ki, Bakı Dövlət Universitetində aqrar sığortaya dair sözügedən fənnin gələcəkdə bakalavr pilləsində də tədrisi nəzərdə tutulur. Bu addım ölkənin aparıcı elm ocaqlarından biri olan BDU-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasına, onların praktiki təcrübə qazanmasına və aqrar sığorta sistemində fəal iştirakına geniş imkanlar yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 28 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
15 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir



























