Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi

İqtisadiyyat naziri Vyetnamın “VinFast” şirkətinin nümayəndə heyəti ilə görüşüb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyetnamın “VinFast” şirkətinin İdarə Heyətinin sədri Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti barədə məlumat verilib, investorlar üçün yaradılmış hüquqi və institusional mexanizmlər, vergi və gömrük güzəştləri, sənaye zonaları və investisiya təşviqi alətləri, eləcə də sabit makroiqtisadi mühit diqqətə çatdırılıb.

Tərəflər Vyetnamla iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində biznes dairələri ilə əməkdaşlıq, dayanıqlı inkişaf prioritetlərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə yerli istehsalın təşviqi, elektrik avtomobillərinin istehsalı sahəsində birgə fəaliyyət imkanları, bu sahədə texnologiya və təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub.

Qeyd edək ki. "VinFast" Vyetnamın ilk qlobal elektrikli avtomobil (EV) istehsalçısıdır. O, "Vin Group" konqlomeratının tərkibinə daxildir və innovativ dizayn və texnologiya ilə təchiz olunmuş, münasib qiymətli, yüksək keyfiyyətli və ağıllı elektrikli avtomobillər təqdim etməklə EV inqilabına təkan verməyi hədəfləyir. Şirkət Vyetnamdakı əsas bazasından başlayaraq Şimali Amerikaya və digər regionlara genişlənir, ABŞ-nin Şimali Karolina ştatında yeni istehsal zavoduna əhəmiyyətli investisiya yatırıb.

Mikayıl Cabbarov iqtisadiyyat naziri VinFast Vyetnam şirkətləri Le Thi Thu Thuy VinFast İdarə Heyəti Azərbaycan–Vyetnam iqtisadi əməkdaşlığı xarici investisiyalar əlverişli biznes mühiti investisiya təşviqi mexanizmləri vergi və gömrük güzəştləri sənaye zonaları institusional mexanizmlər makroiqtisadi sabitlik biznes dairələri ilə əməkdaşlıq dayanıqlı inkişaf yerli istehsalın təşviqi elektrik avtomobilləri elektromobil istehsalı yaşıl nəqliyyat texnologiya mübadiləsi sənaye əməkdaşlığı avtomobil sənayesi innovativ istehsal investisiya imkanları iqtisadi əlaqələrin şaxələndirilməsi
15.01.2026 17:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18