“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
“SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, Dünya İqtisadi Forumu çərçivəsində mükafat SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib.
Bu nailiyyətin zavodda istehsalatın rəqəmsallaşdırılması və qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu vurğulayan SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir. Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir”.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: ““Rəqəmsal Mayak” mükafatını alaraq “Qlobal Mayak” Şəbəkəsinə üzv qəbul olunması şirkətimizin transformasiya strategiyasının təzahürüdür. Bu, eyni zamanda rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə səmərəliliyin daha da artırılmasını və ətraf mühitə təsirin azaldılmasını nümayiş etdirir. Biz SOCAR üzrə bu imkanların miqyasını genişləndirərək təhlükəsiz, səmərəli və dayanıqlı əməliyyatlar sahəsində yeni etalonlar müəyyənləşdirməyə davam edəcəyik”.
Son üç il ərzində həyata keçirilən sistemli transformasiya və innovasiya yönümlü fəaliyyət nəticəsində Karbamid zavodu dünyanın ən iri və nüfuzlu şirkətləri sırasında fərqlənərək 2025-ci ildə ilkin olaraq finalçılar sırasında yer alıb, növbəti mərhələdə Dünya İqtisadi Forumunun təmin etdiyi ekspertlər tərəfindən yerində qiymətləndirmə aparılıb və nəticə olaraq “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib və “Rəqəmsal mayak” mükafatına layiq görülüb.
Qeyd edək ki, bundan öncə “Petkim” neft-kimya kompleksi və “Star” neft emalı zavoduna “Digital Lighthouse Award” mükafatı təqdim olunub. Eyni zamanda, “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu nailiyyəti qazanan ilk zavoddur. Bununla yanaşı, müəssisə dünyada bu mükafatı əldə etmiş ilk gübrə zavodudur.
Ümumilikdə, SOCAR 3 il ərzində istehsalat səmərəliliyi, proses təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə yatıraraq bu istiqamətlərdə inkişafa nail olub. Bu xüsusda, “SOCAR Karbamid”in fəaliyyətində mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasının qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərinə əsaslanmasına diqqət ayrılıb. Mövcud avtomatlaşdırma texnologiyalarının təkmilləşdirilməsi, süni intellekt modellərindən istifadə, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı şəkildə inkişaf etdirilməsi genişləndirilib.
Nəticə olaraq, səmərəli əməliyyat prosesi ilə yanaşı, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və davamlı inkişaf edən “ağıllı” zavod formalaşıb. Zavodda ümumilikdə 4-cü Sənaye İnqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq edilib. Görülən işlər “qapalı dövriyyəli avtonom proses” idarəetməsini, generativ süni intellekt və robototexnika vasitəsilə işçi qüvvəsinin dəstəklənməsini təmin edərək məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini isə 24% yüksəldib. Qeyd edilən transformasiya nəticəsində karbon emissiyalarında 19%, proses tullantılarında 72%, planlaşdırılmamış dayanma müddətində 82% azalma əldə edilib. Həmçinin əməkdaşların 70%-nin yeni bacarıqlara yiyələnməsi və ixtisaslaşdırılması təmin olunub. Əlavə olaraq 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmə işləri həyata keçirilib.
Xatırladaq ki, 2018-ci ildə təsis olunan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. Süni intellektdən və digər 4-cü Sənaye İnqilabı texnologiyalarından düzgün istifadə edən, istehsalat sahələrində və dəyər zəncirlərində yüksək nəticələr əldə edən, innovativ yanaşmalar sayəsində əməliyyat effektivliyini artıran, ətraf mühitə təsiri azaldan və bazar dəyişikliklərinə daha çevik reaksiya vermək imkanı qazanan şirkətlər bu şəbəkəyə qoşulmaq imkanı əldə edir. “Global Lighthouse Network” platforması üzv müəssisələrə təcrübə mübadiləsi aparmaq, görüşlər keçirmək, yeni əməkdaşlıqlar qurmaq üçün əlavə imkanlar yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 31 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
2 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
4 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!



















