İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
8 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2042021025 ISIN kodlu 1 milyon manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.01.2026-cı il tarixində yekunlaşmışdır. İstiqrazlara 50 investor 50 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "International" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2042021025
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 1000 000 manat
İllik gəlirlilik faizi: 18%
Minimal qiymət: 100 (18.0000%) manat
Maksimal qiymət: 100 (18.0000%) manat
Kəsmə qiyməti: 100 (18.0000%) manat
Ortaçəkili qiyməti: 100 (18.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1000 000 manat
İnvestor sayı: 50
Sifariş sayı: 50
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 3 il
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
4 d. əvvəl
"Fullamoda" Həzi Aslanovda 4.000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
3 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
5 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!























