Mərkəzi Bankın sədri profisitin azalacağını bəyan etdi
Cari əməliyyatlar balansının profisitinin 2026-cı ildə 2,8–3,0 milyard ABŞ dollarına, 2027-ci ildə isə 2,7–2,8 milyard ABŞ dollarına düşəcəyi gözlənilir. Cari əməliyyatlar balansının profisitinin 2025-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur."2025-ci ilin sonuna dair proqnozlarımıza əsasən, cari əməliyyatlar balansının profisiti 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir".
Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Taleh Kazımov deyib ki, Cari əməliyyatlar balansı üzrə orta müddətli proqnozlarımız da müsbətdir: "2026-cı ildə cari əməliyyatlar balansının profisiti təxminən 2,8–3,0 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Burada qeyd etmək istərdim ki, 2026-cı il üçün bir barel neftin orta qiyməti 64 ABŞ dolları, təbii qazın isə min kubmetr üzrə orta qiyməti 269 ABŞ dolları səviyyəsində götürülür.
2027-ci ildə də cari əməliyyatlar balansının profisitinin təxminən 2,7–2,8 milyard ABŞ dolları olacağı gözlənilir. Bu il üçün neftin və qazın orta qiymətləri müvafiq olaraq 65 ABŞ dolları və 254 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır".
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
5 saat əvvəl
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
-
- 12 saat əvvəl
-
15 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
2 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi

























