Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
Almaniyada inflyasiya İran müharibəsi səbəbindən bir ildən uzun müddətdə ən yüksək səviyyəyə çatıb. Bu, Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini artırmaq məcburiyyətində qalacağı fikrini dəstəkləyir.
Almaniyada inflyasiya İran müharibəsinin enerji xərclərini artırması ilə mart ayında sürətlə yüksəlib.
Marja xəbər verir ki, Almaniya Statistika Ofisinin məlumatına görə, istehlak qiymətləri bir il əvvəlki dövrə nisbətən 2,8% artıb. Bloomberg-in proqnozları da 2,8% artım olacağını göstərirdi. Fevral ayında inflyasiya 2% idi. Bu, bir ildən uzun müddətdə görülən ən yüksək səviyyədir.
Aylıq artım proqnozlara uyğun olaraq 1,2% olub. Əvvəlki ay 0,4% artım qeydə alınmışdı.
Orta Şərqdəkı münaqişələrin beşinci həftəsinə daxil olunması ilə neft və təbii qaz qiymətlərindəki artım Avropadakı qiymətlərə də təsir göstərib.
Avropa Mərkəzi Bankı Prezidenti Christine Lagarde bildirib ki, lazım gəlsə qərarlı və sürətli addımlar atacaqlar, lakin rəsmilər mümkün nəticələrin hamısını nəzərdən keçirərkən tələsməyəcəklər. Valyuta bazarlarında isə il ərzində üç faiz artırımı olacağı gözlənilir.
İspaniyada da inflyasiya 3,3%-ə yüksəlib; lakin artım analitiklərin proqnozundan aşağı olub. Fransada və İtaliyada inflyasiya isə çərşənbə axşamı dərc olunacaq. Avrozonasında inflyasiyanın da 2,6% səviyyəsinə çatması, yəni 2024-cü ilin iyulundan bəri ən yüksək səviyyəyə çıxması gözlənilir.
Almaniyada enerji problemlərinə sürətli həll gözlənilmədiyinə dair əlamətlər var. Bu gün Ifo Institute tərəfindən dərc olunan sorğu bir çox şirkətin qiymətləri artırmağa hazırlaşdığını göstərir, Avropa Komissiyasının sorğusuna görə isə istehlakçıların inflyasiya gözləntiləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Avropa Mərkəzi Bankı dörd il əvvəl Rusiyanın Ukraynanı işğalından sonra baş verən enerji şokuna çox gec reaksiya verdiyi üçün tənqid olunmuşdu. O zaman inflyasiya 10%-i aşmış və gec də olsa Avropa Mərkəzi Bankı inflyasiyanı aşağı salmaq üçün borclanma xərclərini (faizləri) aqressiv şəkildə artırmalı olmuşdu.
Hazırkı böhranın əsas səbəbi enerji qiymətlərinin artımı olsa da, rəsmilər vurğulayır ki, Avrozona daha az həssasdır, çünki tələbat daha zəifdir, əmək bazarı möhkəmdir və pul siyasəti tənzimləmələri daha neytraldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















