Güclü yağış nəticəsində 2100 hektara əkinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb
Ölkə ərazisində son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar və normadan artıq yağıntılar digər sahələrə olduğu kimi kənd təsərrüfatına da ciddi təsir edib.
Aqrar Sığorta Fondunun Marja-ya verilən məlumatına görə, güclü yağış, onun nəticəsində yaranan çay daşqınları və yaranan sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb təsərrüfatlara ziyan dəyib.
Bununla əlaqədar olaraq təsərrüfatı zərər çəkən sığortalı fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri kəskin artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. Təsərrüfatlara zərər dəyməsi ilə bağlı əsas müraciətlər Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarında qeydə alınıb.
Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Belə ki, Xaçmaz rayonunda güclü yağışlar nəticəsində Ağçay çayının və digər kiçik çayların daşması səbəbindən rayonun İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli kəndləri, Keymərəz kəndi, Niyazoba kəndi, Qaraqurdlu, Çığatay kəndi, Hacılar və Qarqan kəndlərində sığortalı payızlıq arpa, buğda sahələrini, badam, armud və heyva bağlarını su basıb. Bəzi əkin sahələri lillə örtülüb, fermerlərin müraciətinə əsasən bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrə çatır.
Şabran rayonunda isə güclü yağışlar nəticəsində Dəvəçi və Şabran çaylarının daşması, eləcə də bəzi kanalların dolub daşması səbəbindən rayonun Liman, Udulu Ağalıq və Gəndov kəndlərində sığortalanmış payızlıq arpa sahələrini, eləcə də gilas bağını su basıb.
Qusar rayonunda Buxur kəndindən gələn çayın daşması nəticəsində Çubuqlu kəndində arpa sahəsini, Yasab çayının daşması nəticəsində isə Yasab kəndində sığortalanmış buğda sahəsini su basıb.
Güclü yağışlar nəticəsində Quba rayonunda Quru çay daşaraq Aşağı Xuc kəndində alma bağını, Siyəzən rayonunun Balaca Həmyə və Qalaşıxı kəndində isə intensiv və güclü yağışlar nəticəsində payızlıq arpa sahələrini su basıb.
Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Dağlıq Şirvan regionunda əsas müraciətlər Ağsu rayonundan qeydə alınıb. Belə ki, rayonun Rəhimağalı və Muradlı kəndlərində dağdan gələn sel suları nəticəsində sığortalı badam bağlarını və buğda sahələrini su basıb.
Şamaxı rayonunda Ağsu çayının daşması nəticəsində Çuxuryurd kəndində, Qobustan rayonunun isə Dərəkənd kəndində normadan artıq yağan yağış nəticəsində arpa sahələrində subasma baş verib.
Eyni zamanda Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Hacıqabul rayonu Qızılburun kəndi, Pirsaat çayının daşması nəticəsində arpa sahəsini su basıb. Ağcabədi rayonunda isə alma bağı qasırğa və güclü yağış səbəbindən zərər çəkib.
Ümumilikdə son günlər güclü yağış zərəri 2100 hektara yaxın əkin sahələrinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb. Sığortalı fermerlərin artan müraciətlərinin qeydə alınması məqsədilə güclü yağış davam edən dövrdə, istirahət günü olmasına baxmayaraq, Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzi gücləndirilmiş rejimdə fasiləsiz fəaliyyət göstərib.
Fermerlərdən Aqrar Sığorta Fonduna daxil olan bütün müraciətlər qeydə alınıb, ərazilərə baxış keçirilməsi, hadisələrin araşdırılması və zərərin qiymətləndirilməsi məqsədilə bölgələrə aqrar sığorta ekspertləri yönəldilib. Aprelin 2-dən etibarən bölgələrdə subasma baş vermiş əkin sahələrində müstəqil ekspertlər tərəfindən zərərin qiymətləndirilməsi prosesinə başlanılacaq.
Aqrar Sığorta Fondu hadisə baş vermiş ərazilərdə zərərin vaxtında qiymətləndirilməsi üçün sığortalı fermerləri öz əkin sahələrini baş çəkməyə, hər hansı hadisə müşahidə etdikdə, bu barədə Fondun 1651 Çağrı Mərkəzinə müraciət etməyə çağırır.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsulunu çoxsaylı risklərdən qoruyur. Buraya dolu, fırtına-qasırğa, sel-subasma, leysan, şaxtavurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi, 3-cü şəxsin hərəkəti və sair hallar aiddir.
Əkin sahələrini sığorta edərkən sığorta haqqının 50%-ni dövlət ödəyir, nəticədə fermerləər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.
Məsələn, hazırda subasma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba-Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 6,65 manata, arpa sahəsinin sığortası isə cəmi 8,05 manata başa gəlir.
Subasma hallarının baş verdiyi Dağlıq Şirvan bölgəsində isə 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 10,80 manata, arpa sahəsinin sığortası isə cəmi 13,65 manata başa gəlir. Aqrar Sığorta Fondu əkin sahələrinin çoxsaylı risklərdən qorunması üçün fermerləri sərfəli dövlət sığortasından istifadə etməyə və əkin sahələrini sığortalamağa çağırır.
Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
23 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
3 saat sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®





















