"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Birjanın yaydığı məlumata görə, səhmlərin ilkin ticarət qiyməti və buraxılış həcmi abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək.
Xəbər verdiyimiz kimi, "PAŞA Bank" nominal nizamnamə kapitalının 5%-i həcmində və ya cəmi nominal dəyəri 18 milyon 658 min 520 manat olan yeni səhmlər (hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd) emissiya edib. Səhmlər İlkin Kütləvi Təklif (İPO) şəkilində təklif olunacaqdır. Səhmlərin təklif qiyməti abunə yazılışı müddətindən 5 iş günü əvvəl Emitentin internet səhifəsində və anderrayterlər tərəfindən elan ediləcəkdir. Yerləşdirmədən sonra səhmlərin bazar qiyməti və likvidliyi dəyişkən ola bilər və aktiv ticarət bazarı formalaşmaya bilər.
Hazırda "PAŞA Bank"ın nominal nizamnamə kapitalının məbləği 354 milyon 511 min 800 manatdır (hər bir səhmin nominal dəyəri 20 Azərbaycan manatı olmaqla 17 725 590 ədəd səhm).
Nominal qiymətindən əlavə səhmlərin təklif qiyməti elan ediləcəkdir. Səhmlərin bazar qiyməti isə ticarət zamanı formalaşacaqdır. Listinqdən sonra qiymət makroiqtisadi şərait, faiz dərəcələri, investor gözləntiləri və sektor riskləri səbəbindən dəyişkən ola bilər.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "PAŞA BANK" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1012006628
Səhmlərin növü və forması: Sənədsiz adlı, adi səhmlər
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 932 926 ədəd
İlkin ticarət qiyməti: Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək
Buraxılış həcmi: Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək
Ticarətə buraxılma tarixi: Abunə yazılışı və yerləşdirmə tarixləri emitent tərəfindən bildiriləcək
Əsas Anderrayter: Anderrayter
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
18 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
26 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 36 d. əvvəl
- 42 d. əvvəl
- 45 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)











.jpg)



