İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığortalar üzrə 92 milyon 213 min manat sığorta haqqı toplanılıb. Bu, ümumi bazarın 15,1%-ni təşkil edib.
Bu barədə Marja.az Azərbaycan Respublikasının Mərkəzi Bankının operativ məlumatlarına əsasən göstəricilərinə istinadən xəbər verir.
İcbari sığortalar üzrə ödənişlər 53 milyon 710 min manat olub. Bu məbləğ ümumi sığorta ödənişlərinin 17,6%-nə bərabərdir.
Bu seqmentdə ödənişlərin yığımlara nisbəti 58,2% olub. İcbari sığortalar üzrə sığorta haqları ödənişləri 38 milyon 503 min manat və ya 41,8% üstələyib.
Avtomobil sahiblərinin icbari sığortasında ödəniş yükü çox yüksəkdir
İcbari qeyri-həyat sığortaları üzrə 69 milyon 418 min manat sığorta haqqı toplanılıb, 52 milyon 750 min manat ödəniş həyata keçirilib. Bu istiqamətdə ödəniş/yığım nisbəti 76% olub.
Ən yüksək ödəniş yükü avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə qeydə alınıb. Bu sinif üzrə:
- sığorta haqları 57 milyon 517 min manat,
- ödənişlər 51 milyon 709 min manat olub.
Bu göstəricilərə əsasən, avtomobil sahiblərinin icbari sığortasında ödənişlərin yığımlara nisbəti 89,9% təşkil edib. Başqa sözlə, bu sinifdə toplanan hər 100 manat sığorta haqqının təxminən 90 manatı ödənişə yönəlib.
Bu sinif üzrə sığorta haqları ödənişləri cəmi 5 milyon 808 min manat və ya 10,1% üstələyib. Bu isə həmin istiqamətdə zərər yükünün yüksək olduğunu göstərir.
Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən 610 milyon 216 min manat sığorta haqqı toplanılıb. Eyni dövrdə həyata keçirilmiş sığorta ödənişləri isə 304 milyon 353 min manat təşkil edib. Hesabat dövründə sığorta ödənişlərinin yığımlara nisbəti 49,9% olub. Başqa sözlə, sığortaçılar topladıqları hər 100 manat sığorta haqqının təxminən 50 manatını ödəniş kimi geri qaytarıblar. Ümumi bazarda sığorta haqları sığorta ödənişlərini 305 milyon 863 min manat üstələyib. Ödənişlər yığımlardan 50,1% az olub. Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588 milyon 466 min manat sığorta haqqı toplanımış, 231 milyon 333 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Ötən ilin eyni dövrünə nisbətən 2026-cı ilin yanvar-aprel aylarında hesablanmış sığorta haqları 3,7 % və ya 21 milyon 750 min manat, sığorta ödənişləri 31,6 % və ya 73 milyon 20 min manat artıb.
Sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişləri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 8 d. əvvəl
-
1 saat əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
2 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
4 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!




















