Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada İranı çərşənbə axşamı gecəsinə qədər (Bakı vaxtı ilə çərşənbə günü 04:00) razılaşma masasına oturmağa çağırıb. Əks halda daha genişmiqyaslı bombardman hücumları ilə qarşılaşacaqlarını bildirən Tramp, İranın tək bir gecədə məhv edilə biləcəyini və “bunun sabah gecə baş verə biləcəyini” vurğulayıb.
Marja xəbər verir ki, Tramp daha əvvəl verdiyi vədi xatırladaraq İranın atəşkəs təklifini qəbul etməməsi halında elektrik enerjisi stansiyaları və digər vacib infrastrukturlara qarşı genişmiqyaslı hücumlar təşkil ediləcəyini bir daha təkrarlayıb.
Razılaşma əldə olunmaması halında İranda körpülərin və elektrik enerjisi stansiyalarının hədəf alınacağını açıq şəkildə qeyd edən Tramp, bununla yanaşı, İranın infrastrukturunu məhv etmək istəmədiyini, əksinə ABŞ-ın etmək istədiyi ən son şeyin elektrik stansiyalarını yenidən inşa etmək olduğunu da sözlərinə əlavə edib.
Trampın əsas tələbləri İranın nüvə silahlarından imtina etməsi və Hörmüz boğazı neft keçid yolunu yenidən açmasıdır.
Ağ Evdə keçirilən mətbuat konfransında danışan Tramp “Bütün ölkə bir gecədə məhv edilə bilər və o gecə sabah gecə ola bilər” deyib. Tramp sözlərinə “Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağam” ifadəsini də əlavə edib.
İran danışıqlarında ən böyük problemin kommunikasiya çatışmazlığı olduğunu bildirən Tramp, əməliyyatın rejim dəyişikliyi məqsədi daşımadığını da vurğulayıb. Digər tərəfdən İran xalqının azadlıq üçün bədəl ödəməyə hazır olduğunu və iranlıların rejimə qarşı ayağa qalxmalı olduğunu müdafiə edib.
ABŞ-ın mülki enerji stansiyalarına hücum etməsi halında Trampın müharibə cinayəti törətmiş olacağı iddia edilmişdi. Tramp isə bazar ertəsi Ağ Evdə keçirilən Pasxa tədbirində bu iddiaları qəti şəkildə rədd edib. “Bundan narahat deyiləm. Müharibə cinayəti nədir bilirsinizmi? Nüvə silahına sahib olmaqdır” deyib.
Pentaqon rəhbəri Pete Hegseth də çərşənbə axşamı hücumların daha da intensivləşəcəyi barədə xəbərdarlıq edib.
Neft isə ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı üçün müəyyən etdiyi son tarixə qədər şərtlərinin qəbul edilməməsi halında İranın vacib infrastrukturunu məhv etmə təhdidlərini artırmasından sonra yenidən bahalaşıb.
Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 1,7 faiz bahalaşma ilə 111,59 dollara ticarət olunub.
İran isə bu cür hücumlara cavab olaraq Bəsrə Körfəzi ətrafındakı enerji infrastrukturuna hücumları artıracağı barədə xəbərdarlıq edib. Bu vəziyyət qlobal yanacaq çatışmazlığını artıra və dünya iqtisadiyyatına dəyən zərəri daha da böyüdə bilər. Hazırda altıncı həftəsinə daxil olan müharibə neft bazarlarını sarsıdaraq ciddi təchizat şokuna səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
-
-
10 saat əvvəl
Dövlət agentliyinin nizamnamə kapitalı 100 milyon manata yaxın artırılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
11 saat əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
11 saat əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
Azərbaycanın pomidor ixracından gəliri cüzi artıb
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti

















.jpg)






