“Bizim kapital ehtiyacımız yoxdur, İPO addımı illərdir formalaşan inkişafı bölüşmək, yerli kapital bazarının inkişafına töhfə verməkdir”
“Bugün əhəmiyyətli anı sizlərlə bölüşməkdən məmnunluq duyuram. Bildiyiniz kimi, PAŞA Bank olaraq nizamnamə kapitalının 5 faizini ilkin kütləvi təklif (IPO) vasitəsilə bazara təqdim edirik. Bu addımın vacib tərəfini diqqətə çəkmək istəyirəm ki, bu, Azərbaycan bazarında özəl şirkət, özəl bank tərəfindən həyata keçirilən ilk IPO olmaqla yanaşı, ümumilikdə özəl sektorun inkişafı baxımından önəmli bir mərhələdir”.
Marja.az xəbər verir ki, bunu “PAŞA Bank” ASC-nin İdarə heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
O qeyd edib ki, səhmlərin kütləvi təklifi kapital ehtiyacından qaynaqlanan addım deyil:
“Bank olaraq biz böyük məbləğdə kapitallaşma səviyyəsilə yüksək likvidlik mövqeyinə malikik. IPO düşünülmüş strateji bir addımdır. Bu addım illərdir formalaşan inkişafı bölüşmək, yerli kapital bazarının inkişafına töhfə vermək öhdəliyimizi və PAŞA Bankın institusional yetkinliklə korporativ idarəetmə baxımından daha yüksək mərhələyə daşımaq niyyətimizi əks etdirir. İnanıram ki, bu proses həm investorlar, həm ümumiyyətlə ölkəmizin maliyyə bazarları üçün dəyər qatacaq”.
Murad Süleynanov, “Son dövrdə IPO ilə bağlı görülmüş işləri sizlərlə bölüşmək istəyirəm”, - deyərək çıxışına belə davam edib:
“28 yanvar 2026-cı ildə səhmlərimizin ilkin kütləli təklifinə dair ilkin məlumatları mətbuatla bölüşmüşük. Bir neçə açıq məqamlar üzərindən o vaxtdan bu günədək çalışdıq. 13 fevral tarixində IPO ilə bağlı investorlar üçün tədbir keçirdik. Əsas vacib məqamlardan biri səhmələrin geniş investor kütləsi üçün əlçatan olmasıdır - xüsusilə fərdi və pərakəndə investorlar. Bunu nəzərə alaraq biz nə etdik? Mobil tətbiqlər üzərində işləri yekunlaşdırdıq. PAŞA Bankın mobil tətbiqi, BirInvest mobil tətbiqi yeniləndi. Bundan başqa, əməkdaşlıq etdiyimiz investisiya şirkətlərinin imkanları genişləndirilib. 11 mart 2022-ci il tarixində investisiya şirkətləri ilə əməkdaşlıq müqavilələri bağladıq ki, artıq onlar vasitəsilə də investorlar səhmləri əldə edə biləcəklər. Digər məqam, əsasən manatla olmaqla, IPO ilə bağlı emissiya perspektivlərin beynəlxalq tələblər nəzərə alınmaqla qanunvericilik bazasına uyğun şəkildə hazırlanması yekunlaşdı və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olundu. Həmçinin bu dövrdə səhmələrin dəyərləndirməsi prosesi yekunlaşdırıldı və Emissiya Prospekti 6 aprel 2026-cı ildə elan oldu. Bundan başqa, əlavə olaraq, bu dövrdə kommunikasiya planları, vasitələri, kanalları üzərində çalışdıq. Mütamadi olaraq müxtəlif müsahibələr verdik, marketinq tədbirləri gördük, əməkdaşlar üçün təlimləndir keçirdik. Bugün isə artıq yekunlaşmış nüansları sizlərlə bölüşəcəyik. Bir neçə dəqiqədən sonra PAŞA Bankın səhmlərinin ilkin abunə yazılışı aktiv olacaq. Abunə yazılışı, bugün saat 11.00-dan etibarən aktiv olacaq və 12 may tarixinə qədər, 12 may daxil olmaqla davam edəcək. Bank kapitalının 5%-ini, yəni 933926 ədəd adlı səhmi investorlara təqdim edəcək. Səhmin ilkin yerləşdirilmə qiyməti 55 manat olacaq. IPO-da iştirak etmək üçün 1 səhmin alışı kifayətdir. Maksimum hər hansı limit tətbiq olunmayacaq.
Ölkəmizə, iqtisadiyyatımıza, kapital bazarlarımıza, bankımıza xeyirli olsun”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
19 d. əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 23 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Frana şirkəti ABŞ şirkətini 22,6 milyard dollara alır - Nəhəng satınalma
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
- 1 saat əvvəl
-
1 saat əvvəl
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
-
2 saat əvvəl
Dolların bahalaşması və istiqraz gəlirlərinin artması fonunda qızıl ucuzlaşır
-
2 saat əvvəl
"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Ən çox oxunanlar
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
Rəsmi məzənnələr açıqlandı
“Bridge Group”un 90%-nə sahib olduğu şirkətdə ciddi geriləmə: gəlir 12,6 milyon, mənfəət 3,7 milyon manat azalıb
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək






















