Milli Depozit Mərkəzi ASAN Pay platformasında hüquqi şəxslər üçün yeni imkanları tam aktivləşdirib
Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ASAN Pay elektron ödəniş platformasında emitentlər üçün nəzərdə tutulmuş yeni funksiyanı aktivləşdirmişdir.
Bundan sonra emitentlər öz VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) məlumatları vasitəsilə platformaya onlayn daxil olaraq ödəniş əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.
Artıq emitentlər sayta daxil olub “Elektron xidmətlər” bölməsinə keçid edərək təqdim olunan bütün xidmətlər üzrə ödənişləri sürətli, təhlükəsiz və rahat şəkildə icra edə biləcəklər.
Yenilənmiş sistem istifadəçilərə vaxt itkisini minimuma endirməyə, ödəniş proseslərini daha şəffaf və əlçatan etməyə imkan yaradır.
Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən rəqəmsal infrastrukturun inkişafı istiqamətində əməkdaşlıq çərçivəsində bu yeniliyin tətbiqi xüsusilə mühüm əhəmiyyət daşıyır. Emitentlər artıq ASAN Pay üzərindən dövlət qeydiyyatı, depozitar xidmətləri və digər elektron xidmətlər üzrə ödənişlərini fasiləsiz yerinə yetirə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 28 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
15 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir



























