ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir - ŞƏRTLƏR
(®) ABB 27 aprel 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə başlayır.
Bank ölkəmizin kapital bazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqraz çıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlar üzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklif ediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək.
ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək.
ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapital bazarlarında davamlı aktivliyi təmin etməkdir.
Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiya zamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə istiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyon manat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 27 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
15 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir

























