Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
(®) Unicapital İnvestisiya Şirkəti və Bakı Fond Birjası arasında PAŞA Bank səhmləri üzrə marketmeyker müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Unicapital adıçəkilən səhmlərin təkrar bazarda ticarətə buraxıldığı gündən etibarən marketmeyker funksiyasını icra etməyə başlayacaq.
Marketmeyker fəaliyyəti çərçivəsində Unicapital gündəlik olaraq təyin olunmuş qiymət dəhlizi daxilində alış və satış qiymətlərini müəyyən edəcək.
Bu əməkdaşlıq nəticəsində bazarda likvidliyin artırılması, investorlar üçün daha operativ və əlverişli ticarət mühitinin formalaşdırılması təmin ediləcək. Marketmeyker fəaliyyəti sayəsində investorlar səhmlərin alqı-satqısını daha sürətli həyata keçirə, həmçinin iri həcmli əməliyyatları bazarda əlavə gecikmələr olmadan reallaşdıra biləcəklər.
İnvestorlar səhmlərin alışını Unicapital-a müraciət etməklə və ya Leobank tətbiqi üzərindən onlayn şəkildə həyata keçirə bilərlər.
Qeyd edək ki, abunə yazılışı üçün son tarix 12 may 2026-cı ildir.
Əlavə suallar üçün: +994 50 527 11 17
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 d. əvvəl
- 31 d. əvvəl
- 54 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
15 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir


























