NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
NEQSOL Holding, Yusif Cabbarovun CEO vəzifəsindən İdarəetmə Şurasının sədri vəzifəsinə keçdiyini və Kirill Rubinskinin yeni Baş İcraçı Direktor (CEO) təyin olunduğunu elan edib.
Cənab Rubinski biznes və maliyyə dairələrində geniş əlaqələr şəbəkəsinə malik, investisiya bankçılığı və özəl kapital sahəsində təcrübəli və beynəlxalq səviyyəli rəhbərdir. Onun 30 ildən çox peşəkar təcrübəsi var. O, Marsh & McLennan və Crédit Lyonnais kimi qurumlarda rəhbər vəzifələrdə, eləcə də East One Group-da Baş İcraçı Direktor və Prezident vəzifələrində çalışıb. O, həmçinin özəl investisiyalar və vençur kapitalı sahəsində idarəedici tərəfdaş kimi fəaliyyət göstərib, Avropa və ABŞ-da infrastruktur, enerji, texnologiya, media və sənaye sahələrində investisiyalar üzrə məsləhətlər verib və investisiya layihələrinə rəhbərlik edib.
Kirill Rubinski 2025-ci ildə NEQSOL Holding-ə Səhmdarın Baş Müşaviri və Holdinqin Məsləhət Şurasının üzvü kimi qoşulub.
Yeni CEO-nun mandatı dörd əsas prioritet üzərində qurulub: Holdinqin biznes vahidləri arasında daha sıx inteqrasiya, rəqəmsal transformasiyanın sürətləndirilməsi, korporativ idarəetmə çərçivələrinin gücləndirilməsi və beynəlxalq bazarlarda yeni imkanların reallaşdırılması.
“Qrup güclü və dayanıqlı platforma formalaşdırıb. Bu platforma peşəkar komandalar və aydın uzunmüddətli baxış üzərində qurulub. Prioritetimiz bu təməl üzərində inkişafı davam etdirmək, bizneslərimiz arasında daha güclü əlaqələndirmə yaratmaq və NEQSOL Holding-i qlobal, institusional idarəetmə modelinə malik təşkilat kimi mövqeləndirməkdir,” – deyə Kirill Rubinski bildirib.

Yusif Cabbarovun rəhbərliyi altında şirkətlər qrupu Avropa, Asiya və Amerikanı əhatə edən 11 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində çoxşaxəli fəaliyyəti olan NEQSOL Holding-ə çevrilmişdir. Yusif Cabbarov bildirib ki, Kirill Rubinskinin təşkilatı növbəti inkişaf mərhələsinə çıxarmaq bacarığına əmindir.
“Kirill NEQSOL Holding-i yeni inkişaf mərhələsindən uğurla keçirmək üçün sahibkarlıq baxışına, icraedici liderlik keyfiyyətlərinə və zəruri geniş əlaqələr şəbəkəsinə malik güclü və bacarıqlı liderdir,” – deyə Yusif Cabbarov, NEQSOL Holding-in İdarəetmə Şurasının sədri qeyd edib.

Bu təyinat iri özəl qruplarda geniş yayılmış bir yanaşmanı əks etdirir, belə ki əməliyyatlar daha mürəkkəb və coğrafi baxımdan daha geniş yayıldıqca strateji nəzarətin icraedici idarəetmədən ayrılması baş verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















