ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
(®) ABB Invest növbəti dəfə ABB istiqrazlarının anderrayteri qismində kapital bazarında çıxış edir.
Bu dəfə ümumilikdə hər biri 5 milyon manat olmaqla iki istiqraz investorlara təklif olunur.
Təklif edilən istiqrazların gəlirliliyi aşağıdakı kimidir:
• 1 illik istiqrazlar üzrə illik gəlirlilik 9%
• 2 illik istiqrazlar üzrə illik gəlirlilik 10%
İstiqrazlar üzrə abunə yazılışı 11 may tarixində tamamlanacaqdır.
ABB istiqrazları milli valyutada investorlara stabil gəlir və yüksək likvidlik təmin edir. Bu istiqrazlar üzrə fiziki şəxslərə ödənilən faiz gəlirindən vergi tutulmur. Abunə yazılışı dövründə istiqrazlara olan tələbat təklifdən çox olarsa, fiziki şəxslərin sifarişləri prioritet qaydada icra ediləcəkdir.
Abunə yazılışı və yerləşdirmə bitdikdən sonra ABB istiqrazları Bakı Fond Birjasında (BFB) tədavül ediləcəkdir və ABB Invest bu istiqrazlar üzrə market-meyker olacaqdır. İnvestorlar tədavül müddəti başa çatmamış istiqrazlarını Bakı Fond Birjasında market-meyker vasitəsilə istənilən vaxt sata bilərlər. Bank depozitlərindən fərqli olaraq, istiqrazlar vaxtından əvvəl satıldıqda ödənilmiş və toplanmış, lakin hələ ödənilməmiş faiz gəlirləri investora məxsus qalır.
ABB və ABB Invest bu emissiya vasitəsilə investorlar üçün mütəmadi və dayanıqlı investisiya imkanlarının yaradılmasını, həmçinin ölkənin kapital bazarlarında davamlı aktivliyin təmin olunmasını hədəfləyir.
İstiqrazların alışı üçün qeyd olunan linkə keçid edə bilərsiniz: https://app.abb-bank.az/local_ipo_tab. ABB Invest-in innovativ, sürətli və etibarlı məhsul və xidmətləri barədə ətraflı məlumatı rəsmi internet səhifəsindən — https://abbinvest.az/— *3773 Məlumat Mərkəzindən, eləcə də şirkətin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 9 d. əvvəl
-
13 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir



























