İran Hörmüzdə yeni nəzarət zonası müəyyən edib
İran Hörmüz boğazı ilə bağlı gərginliyi artıracaq yeni addım atıb. İran boğazda “nəzarət zonasını yenidən müəyyən etdiyini” açıqlayıb.İran qlobal neft daşımalarının ən mühüm keçid yollarından biri olan Hörmüz boğazında strateji addım ataraq “nəzarət zonasını” genişləndirdiyini və yenidən müəyyən etdiyini elan edib.
Marja xəbər verir ki, "Tasnim" agentliyinə istinadən yayılan məlumata görə, bu yeni tənzimləmə Birləşmiş Ərəb Əmirliklərinin sahil sərhədlərini və strateji limanlarını da əhatə edən geniş təsir zonasını hədəfləyir.
Tehran tərəfindən elan edilən və bölgədəki dəniz nəqliyyatı üzərində tam nəzarət qurmağı hədəfləyən yeni “nəzarət zonası” aşağıdakı koordinatları əhatə edir:
Şərq-Cənub xətti: İrandakı Mübarək dağının cənubundan başlayaraq Füceyrə şəhərinin cənubuna – Birləşmiş Ərəb Əmirliklərinin ən mühüm neft terminallarından birinin yerləşdiyi əraziyə qədər uzanır.
Qərb-Şimal xətti: İranın Keşm adasının qərbindən başlayaraq Ümmül‑Kayveyn bölgəsinə qədər çatır.
ABŞ bəzi gəmiləri Hörmüzdən keçirməyə başlayacağını bildirmişdi
İranda müharibənin dayandırılması üçün səylər davam edərkən, ABŞ Prezidenti Donald Tramp İslam Respublikasının son sülh təklifinin onu qane etməyə yetməyə biləcəyinə işarə edib.
"Axios"un mövzuya yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, İranın təklifləri arasında Hörmüz boğazının yenidən açılması və həm ABŞ-ın dəniz blokadasının, həm də İran və Livandakı münaqişələrin sona çatdırılması üçün razılaşma əldə etmək məqsədilə danışıqlara bir aylıq müddət verilməsi yer alır.
Xəbərdə qeyd olunur ki, belə razılaşma əldə ediləcəyi halda İranın nüvə proqramı ilə bağlı uzlaşma tapmaq üçün bir aylıq danışıqlar prosesinə başlanacaq. İranın yarımrəsmi "Tasnim News Agency" isə təklifin 30 gün ərzində münaqişənin tam dayandırılmasını və yeni hücumlara qarşı təminatlar verilməsini nəzərdə tutduğunu bildirib.
Agentlik planın ABŞ qüvvələrinin İran yaxınlığından geri çəkilməsi, dəniz blokadasının aradan qaldırılması, sanksiyaların ləğvi və təzminat ödənilməsi kimi Tehranın əvvəlki tələblərini təkrar etdiyini qeyd edib. Xəbərdə nüvə məsələsinə toxunulmayıb. İran televiziyası isə Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayiyə istinadən bildirib ki, ABŞ 14 maddəlik planla bağlı cavabını Pakistan vasitəsilə Tehrana çatdırıb, lakin cavabın məzmunu barədə ətraflı məlumat verilməyib.
Şənbə günü jurnalistlərə danışan Donald Tramp “razılaşmanın konsepti” barədə məlumatlandırıldığını bildirib, lakin bunun özü üçün qəbul edilə bilən olub-olmayacağı ilə bağlı şübhələrini ifadə edib. ABŞ prezidenti rəhbərlərinin “problem yaratması” halında İran hədəflərinə qarşı hücumları yenidən başlatması ehtimalını istisna etmədiyini deyib.
Tramp "Truth Social" platformasında etdiyi paylaşımda isə belə yazıb: “İranın bizə yeni göndərdiyi planı tezliklə nəzərdən keçirəcəyəm, lakin son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər bədəl ödəmədiklərini düşündüyüm üçün bu planın qəbul edilə biləcəyinə inanmıram”.
İranın xarici işlər naziri Abbas Əraqçi isə amerikalılar yanaşmalarını dəyişdirərək “həddindən artıq tələblərdən, təhdidedici ritorikadan və təxribatçı addımlardan” çəkinəcəyi halda Tehranın diplomatik səyləri davam etdirməyə hazır olduğunu bildirib.
Digər tərəfdən, Donald Trump ABŞ-ın bazar ertəsindən etibarən İran münaqişəsi ilə əlaqəsi olmayan bəzi gəmiləri Hörmüz boğazından keçirmək üçün yönləndirməyə başlayacağını deyib.
Bazar günü sosial mediada paylaşdığı mesajda Tramp qeyd edib: “Bu gəmi hərəkətinin yeganə məqsədi tamamilə günahsız olan insanları, şirkətləri və ölkələri xilas etməkdir. Bu humanitar prosesə hər hansı müdaxilə olarsa, təəssüf ki, buna sərt cavab verilməli olacaq”.
ABŞ-ın ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da bazar günü bildirib ki, Hörmüz boğazı üzərindən kommersiya dəniz daşımalarını yenidən təmin etmək üçün idarə olunan raket esminesləri, təyyarələr və pilotsuz uçuş aparatları da daxil olmaqla hərbi dəstək veriləcək.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
10 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi




















