Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kreml: Çində Putin və Tramp arasında ikitərəfli görüş üzərində iş gedir

AzVak-mobil_resmin_ustu_31
Kreml: Çində Putin və Tramp arasında ikitərəfli görüş üzərində iş gedir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çində Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirmək məsələsi nəzərdən keçirilir.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidentinin elçiləri Cared Kuşner və Stiv Uitkoffun Moskvaya bu yaxınlardakı səfəri zamanı Putinin Trampla görüşünə hazırlıqlar ümumi şəkildə müzakirə olunub.

Kreml rəsmisi vurğulayıb ki, Putinlə Tramp arasında müzakirə olunacaq bir neçə məsələ razılaşdırılıb: “Təbii ki, buraya Ukrayna münaqişəsinin həlli, Amerikanın müvafiq təklifləri və Rusiyanın mülahizələri və ideyaları daxildir”.

Uşakov əlavə edib ki, format hazırda razılaşdırılır, ayaqüstü görüş istisna edilmir.

Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Çinə səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini təsdiqləyib.

Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

O, Şimali Koreya lideri Kim Çen Inla ayrıca görüşün də mümkün olduğunu bildirib.

ABŞ lideri Çinlə münasibətlərə də toxunub.

“Çin bizimlə oyun oynayır. Biz də Çinlə oyun oynayırıq. Amma ölkəmiz heç vaxt olmadığı qədər güclüdür”, - Tramp deyib.

ABŞ liderinin sözlərinə görə, Çinə səfəri zamanı Rusiya və Çin liderləri ilə nüvə silahlarının yayılmasının qarşısının alınması, Ukrayna, İran və digər beynəlxalq məsələləri müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, Trampın Putin və Si Cinpinlə üçtərəfli görüşü noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçiriləcək. Bu, ABŞ, Rusiya və Çin liderlərinin ilk üçtərəfli görüşü olacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

16.11.2026 19:18
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar