"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır18 may 2025-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin ("Sizin Lombard" brendi) 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2040020284 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2026-cı il tarixində yekunlaşmışdır.
Marja xəbər verir ki, kupon faizi 15% olan istiqrazlara 52 investor 52 sifariş təqdim edib və istiqrazlar 100% yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "GL" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2040020284
İstiqrazların növü və forması: Faizli,təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 20 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 2 000 000 manat
Kupon faizi: 15%
Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir
Tədavül müddəti: 7 il
Hərrac qiyməti: 100 manat
Reallaşdırılmış həcm: 2 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2 000 000 manat
İnvestor sayı: 52
Sifariş sayı: 52
Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
11 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























