Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
(®) “Unicapital İnvestisiya Şirkəti” ASC 2025-ci ili strateji transformasiya, gəlir artımı və risk mövqeyinin əhəmiyyətli şəkildə gücləndirilməsi ilə başa vurub.
Şirkətin yaydığı press-relizdə qeyd edilib ki, hesabat dövründə Unicapital-ın bütün biznes istiqamətləri üzrə ümumi əməliyyat dövriyyəsi ötən illə müqayisədə 60.3% artaraq 48.1 milyard manat təşkil edib. Müştəri hesablarının sayı da artaraq 1 milyon 264 minə çatıb.
"Bu göstəricilər şirkətin əməliyyat miqyasının, müştəri aktivliyinin və bazar iştirakının əhəmiyyətli şəkildə genişləndiyini əks etdirir.
2025-ci ilin yekunlarına əsasən, şirkətin ümumi qeyri-faiz gəlirləri artaraq 3 milyon 376 min manat təşkil edib, bu da şirkətin əsas biznes istiqamətləri üzrə fəaliyyət həcminin genişlənməsini əks etdirir",- press-relizdə bildirilir.
Əlavə edilib ki, hesabat dövründə Unicapital İ.Ş. əməliyyat və institusional dayanıqlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atıb. Şirkət tərəfindən komplayns və risklərin idarə olunması sistemlərinin inkişafı, korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi, rəqəmsal infrastrukturun qurulması və yeni texnoloji həllərin tətbiqi istiqamətində investisiyalar davam etdirilib.
Eyni zamanda, şirkət risk mövqeyinin optimallaşdırılması və maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə öhdəliklərini əhəmiyyətli şəkildə azaldıb. 2025-ci il ərzində ümumi öhdəliklərin həcmi əvvəlki illə müqayisədə 2 dəfədən çox azalaraq 19.1 milyon manatdan 6.6 milyon manata enib. Xüsusilə repo əməliyyatları üzrə borclanmaların bağlanması şirkətin likvidlik və risk göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərib.
Bütün bunlarla yanaşı, şirkət hesabat ilini 285 min manat xalis mənfəətlə başa vurub və səhmdar qarşısında öhdəliklərini yerinə yetirərək hesabat dövründə 400 min manat dividend ödənişi də həyata keçirib.
2025-ci ildə Unicapitaltərəfindən texnoloji və əməliyyat infrastrukturunun inkişafına yönəlmiş investisiyalar davam etdirilib. Bu çərçivədə qeyri-maddi aktivlər və texnoloji həllər üzrə yatırımlar əhəmiyyətli şəkildə artıb.
Şirkətin kapitalı 17.2% artaraq, 1 milyon 942 min manata çatıb və Unicapital qarşıdakı dövrdə də kapital bazarlarında fəaliyyətinin genişləndirilməsi, müştəri xidmətlərinin inkişafı, rəqəmsal həllərin tətbiqi və institusional idarəetmənin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100% “Unibank” KB ASC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
11 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























