Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
Müştərilərə təqdim olunan xidmət keyfiyyətinin daha da yüksəldilməsi, həmçinin yeni sığorta agentlərinin hazırlanması və onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Meqa Sığorta” şirkətinin Sumqayıt filialı yenilənərək fəaliyyətini genişləndirib.
Marja xəbər verir ki, filial bundan sonra həm də “Meqa Həyat Sığorta” şirkətinin regional nümayəndəliyi kimi fəaliyyət göstərəcək.
Müasir standartlara uyğun şəkildə yenidən qurulan filial həyat və qeyri-həyat sığortası üzrə fərdi və korporativ müştərilərə geniş çeşiddə xidmətlər təqdim edəcək.
Filialda həmçinin sığorta hadisələrinin qəbulu və tənzimlənməsi həyata keçiriləcək ki, bu da müştərilərin sığorta ödənişləri ilə bağlı müraciətlərinə operativ və effektiv baxılmasına imkan verəcək. Bununla yanaşı, sığorta sahəsində karyera qurmaq istəyən şəxslər üçün təlim proqramlarının təşkili, onların peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də ixtisaslı sığorta agentləri kimi formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
Yenilənmiş filial sığorta məhsullarının əlçatanlığının artırılması, müştərilərə yüksək səviyyəli xidmət göstərilməsi və təlim proseslərinin səmərəli təşkili üçün zəruri texniki və infrastruktur imkanları ilə tam təmin olunub.
Qeyd edək ki, Meqa Sığorta və Meqa Həyat şirkətlərinin Sumqayıt filialı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 81E ünvanında fəaliyyət göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























