Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Bakıda keçiriləcək İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş İİB-in Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunacaq. HELF və AZHAB Forumunun güclü tərəflərini bir araya gətirəcək tədbir qlobal halal iqtisadiyyatın gələcəyi ilə bağlı dialoq, tərəfdaşlıq və əməkdaşlıq üçün unikal müzakirə platforması yaradacaq.
Tədbir iyunun 16-da İİB Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumu (PSF 2026) daxilində təşkil olunacaq.
Qeyd edək ki, AZHAB Forumu artıq üçüncü dəfədir keçirilir. Forum haqqında ətraflı məlumatı www.azhabforum.az səhifəsindən əldə etmək olar.
HELF/AZHAB Forumu 2026 İİB Qrupuna üzv və digər ölkələrdən yüksəksəviyyəli dövlət rəsmilərini, siyasətçiləri, sənaye liderlərini, maliyyə institutlarını, inkişaf təşkilatlarını, investorları və özəl sektor nümayəndələrini bir araya gətirəcək. Forumda etik halal biznes modelləri, halal KOB-lar, davamlılıq və yaşıl keçid, innovasiya və regional iqtisadi inteqrasiya mövzuları müzakirə ediləcək. Tədbirin məqsədi daha dayanıqlı, davamlı və qlobal əlaqələrə malik halal ekosistemlərin inkişafına töhfə verəcək praktiki tərəfdaşlıqların, investisiya imkanlarının, texniki əməkdaşlıq təşəbbüslərinin və bilik mübadiləsinin təşviq edilməsidir. Forum çərçivəsində “Strateji liderlik dialoqu: Etik halal biznes modelləri və dayanıqlı maliyyələşmə”, “Halal sənayesinin liderləri: İnnovasiya, etimad və qlobal artımın hərəkətverici qüvvəsi”, “Halal KOB-lar və davamlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv inkişaf”, “Halal sənaye zonaları: aparıcı halal ekosistemin inkişafı” mövzularında panel müzakirələri təşkil olunacaq. Bundan başqa, “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyatı” mövzusunda Nazirlər Sessiyası keçiriləcək. Sessiyada nazirlər və yüksəkvəzifəli dövlət nümayəndələri halal iqtisadiyyatı üzrə siyasət prioritetlərini və əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Eyni zamanda Forum iştirakçılara yeni tərəfdaşlıqlar qurmaq, İİB Qrupu və tərəfdaşları tərəfindən təqdim olunan maliyyə alətləri, dəstək mexanizmləri və ixtisaslaşmış proqramlar barədə məlumat əldə etmək imkanı yaradacaq.
HELF/AZHAB Forumu 2026 İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzi (KL CoE), Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum), Malayziyanın Halal İnkişaf Korporasiyası (HDC) və Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) əməkdaşlığı ilə təşkil olunacaq. Bu tərəfdaşlar halal ekosistemin inkişafı, bu sahədə sənayenin təşviqi, potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq sahələrində bir-birini tamamlayan təcrübəyə malikdirlər və daha inteqrasiya olunmuş, qlobal əlaqələrə malik halal iqtisadiyyatın inkişafına töhfə verirlər.
Forumun proqramı, spikerləri və qeydiyyat prosesi ilə bağlı ən son məlumatları Özəl Sektor Forumunun rəsmi internet səhifəsindən əldə etmək olar: https://isdbg-psf.org/.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
6 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















