Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
"Azərbaycan da daşınmaz əmlak alışına investisiya yatıranlara uzunmüddətli vizalar təqdim etməlidir"Azərbaycan ölkədə daşınmaz əmlak obyektləri alan əcnəbilərə uzunmüddətli vizalar təqdim etməlidir.
Bunu "PASHA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən Azərbaycanın investisiya perspektivlərinə həsr olunmuş forumda çıxış edərkən bildirib.
"Bu gün biz müşahidə edirik ki, brendləşdirilmiş layihələrimizdə xarici investorların payı eyni sinifdən olan, lakin brendləşdirilməmiş obyektlərdəki bənzər göstəricini əhəmiyyətli dərəcədə üstələyir. Bu xarici investorlar, əgər açıq danışsaq və mənzərəyə daha geniş kontekstdə baxsaq - biz bu məsələni hökumətlə də müzakirə etmişik - daşınmaz əmlak seqmentində nə qədər çox premium səviyyəli layihə həyata keçirilirsə, onlarda idxal materiallarının payı bir o qədər artır. İqtisadi baxımdan bu, idxalın həcminin artması səbəbindən heç də həmişə müsbət hal deyil. İşçi qüvvəsinin xərcləri developmentin ümumi dəyərində getdikcə daha az pay tutmağa başlayır. Şərti olaraq, siz daha bahalı mərmər və digər materiallar almaq məcburiyyətində qalırsınız. Məhz buna görə də xarici investisiyaları cəlb etmək son dərəcə vacibdir, əks halda kapital axını baş verəcək", - C.Qasımov vurğulayıb.
O qeyd edib ki, xarici investorların cəlb edilməsi üçün brendləşdirilmiş rezidensiyalar iki əsas şərtdən yalnız biridir:
"Məsələn, viza rejimi məsələsi. Bu sistemin Dubayda necə fəaliyyət göstərdiyi hər kəsə yaxşı məlumdur. Siz daşınmaz əmlak alırsınız və 10 illik viza əldə edirsiniz. Azərbaycan da daşınmaz əmlak alışına investisiya yatıranlara uzunmüddətli vizalar təqdim etməlidir. Onlar üçün investisiya prosedurunu sadələşdirməli, əlverişli şərait formalaşdırmalıyıq. Məhz bu məsələ hazırda hökumətlə dialoqumuzun mərkəzində dayanır. Müəyyən bir dövlət agentliyinin nəzdində mənzillərin könüllü reyestrini yaratmaq məqsədəuyğundur. Belə ki, mən əcnəbi alıcı olaraq mənzil aldıqda onun mənim adıma qeydiyyata alındığına tam əmin olum. Sonradan isə ondan bank sahəsində girov təminatı kimi istifadə etmək və sair mümkün olsun. Beləliklə, savadlı yanaşma ilə bütün iqtisadiyyata yayılacaq bir sinergetik effekt yaranacaq. Ancaq biz bunu təkbaşına həyata keçirmək iqtidarında deyilik. Bu, hökumətlə birlikdə həyata keçirilməlidir və məhz bu cür müzakirələri biz hazırda fəal şəkildə aparırıq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















