Unicapital-da güclü artım dinamikası davam edir
Şirkət 2025-ci ili 285 min manat xalis mənfəətlə başa vurub və səhmdar qarşısında öhdəliklərini yerinə yetirərək hesabat dövründə 400 min manat dividend ödənişi də həyata keçirib.(®) Azərbaycanın kapital bazarlarının qabaqcıl tərəfdaşı və aparıcı investisiya şirkətlərindən biri olan “Unicapital İnvestisiya Şirkəti” ASC ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkət bütün biznes istiqamətləri üzrə nəzərəçarpacaq artım nümayiş etdirərək bazardakı mövqeyini daha da möhkəmləndirib.
2025-ci ildə Unicapital-ın ümumi əməliyyat dövriyyəsi ötən illə müqayisədə 60% artaraq 48.1 milyard manata çatıb. Şirkətin təqdim etdiyi xidmətlərə olan yüksək investor etimadının göstəricisi olaraq, müştəri hesablarının sayı da sürətli dinamika nümayiş etdirərək, rekord göstəriciyə - 1 milyon 264 minə çatıb.
Eyni zamanda, maliyyə dayanıqlığının və institusional gücün əsas meyarı olan şirkətin ümumi kapitalı 17% artaraq 1 milyon 942 min manata yüksəlib.
2025-ci ildə Unicapital tərəfindən texnoloji və əməliyyat infrastrukturunun inkişafına yönəlmiş investisiyalar davam etdirilib. Bu çərçivədə qeyri-maddi aktivlər və texnoloji həllər üzrə yatırımlar əhəmiyyətli şəkildə artıb. Şirkət hesabat ilini 285 min manat xalis mənfəətlə başa vurub və səhmdar qarşısında öhdəliklərini yerinə yetirərək hesabat dövründə 400 min manat dividend ödənişi də həyata keçirib.
Geridə qoyduğumuz il üzrə qeydə alınan nəticələr qlobal inteqrasiya və rəqəmsal istiqamətdə atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər.
Belə ki:
Şirkət Azərbaycan kapital bazarında bir ilkə imza ataraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 50 milyon manatlıq istiqraz buraxılışının anderrayteri oldu. Üzən faiz mexanizminə əsaslanan bu emissiya investorlar üçün daha çevik gəlir modeli yaradıb.
Bununla yanaşı şirkət öz beynəlxalq inkişaf strategiyası çərçivəsində mühüm addım atdı. Şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) akkreditə olunmuş və üzv olmayan təşkilat statusunu (RNAM) əldə edərək bu statusa layiq görülən ilk Azərbaycan investisiya şirkəti olub. Bu nailiyyət Unicapital-ın beynəlxalq maliyyə standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləməklə yanaşı, şirkətin regional və qlobal kapital bazarlarında mövqeyinin daha da güclənməsi üçün inkişaf perspektivləri açıb.
Unicapital-ın təqdim etdiyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müsbət rəy alan “Kriptobroker platforması”nın sınaq müddəti uğurla başa çatdı. Bu layihə çərçivəsində virtual aktivlərin təhlükəsiz alqı-satqısı və saxlanılması üzrə yeni maliyyə həlləri təqdim edildi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
15 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 19 san. əvvəl
-
40 d. əvvəl
Dünyanın aviasiya nəhəngində istehsal problemi – İnvestorlar səhmləri satırlar
-
8 saat əvvəl
Çin avtomobili Böyük Britaniya bazarında Tesla və Ford-u geridə qoydu – Satışlarda birinci oldu
-
8 saat əvvəl
Coca-Cola milyardlar qazanır - 3 ayda 13,4 milyard dollarlıq satış, 4 milyard dollar mənfəət
-
9 saat əvvəl
Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı
-
10 saat əvvəl
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Coca-Cola milyardlar qazanır - 3 ayda 13,4 milyard dollarlıq satış, 4 milyard dollar mənfəət
Ən çox oxunanlar
Türkiyənin 2027-ci il turizm hədəfləri açıqlandı – 66,6 milyon turist, 70 milyard dollar gəlir
“PAŞA Bank”ın səhmlərinin qiyməti artmaqda davam edir
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord həddə çatıb – Kişilərin sayı isə azalır
























