ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Vətəndaşlar üçün yeni investisiya və qazanc imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 3-cü mərhələsi də uğurla başa çatıb.
ABB-nin yaydığı press-relidə bildirilir ki, bər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Hər iki buraxılış üzrə sifarişlərin ümumi həcmi 19 846 100 manat təşkil edib. Bu da təklif olunan ümumi emissiya həcmindən təxminən 2 dəfə çoxdur.
İllik 9% gəlirlilik təklif edən 1 illik istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 9 087 900 manat olub. Bu buraxılış üzrə abunə yazılışında 227 investor iştirak edib, 428 sifariş təqdim olunub və onlardan 425-i icra edilib. Nəticədə 224 investorun sifarişi təmin olunub.
İllik 10% gəlirlilik təklif edən 2 illik istiqraz buraxılışı üzrə isə sifarişlərin ümumi həcmi 10 758 200 manat təşkil edib. Abunə yazılışında 181 investor iştirak edib, 398 sifariş təqdim olunub və onlardan 392-i icra edilib. Nəticədə 175 investorun sifarişi uğurla təmin olunub.
Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər ay həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.
ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yazılışı üsulu ilə həyata keçirilib. Eyni zamanda, istiqrazların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılıb.
ABB istiqrazları investorlara sabit və etibarlı gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarlarının inkişafına da mühüm töhfə verir.
ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyalarının qrafiki ilə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan olunduqca dəqiq tarixlər də həmin səhifədə paylaşılacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, eləcə də Bankın rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
1 gün sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
3 saat əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
3 saat əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 3 saat əvvəl
-
4 saat əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
5 saat əvvəl
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Ən çox oxunanlar
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®
Prezidentdən yeni diplomatik təyinatlar



















