PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Yerləşdirmə nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiyaya qarşı abunə yazılışı çərçivəsində təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınıb19 iyun tarixində Bakı Fond Birjasında PAŞA Bankın səhmlərinin ilkin kütləvi təklifinin (IPO) yerləşdirilməsi uğurla yekunlaşıb. Bakı Fond Birjasının Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarına əsasən Bankın səhmləri ticarətə icazə verilib və emissiya çərçivəsində nəzərdə tutulan 932 926 ədəd sənədsiz adlı adi səhmin yerləşdirilməsi tamamlanıb.
PAŞA Bankın yaydığı press-relidə bildirilir ki, yerləşdirmə nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiyaya qarşı abunə yazılışı çərçivəsində təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınıb. Ümumilikdə təxmini 18 000-ə yaxın unikal investor, 20 000-dən çox sifariş təqdim olunub. Bu göstəricilər təklif edilən səhmlərə yüksək marağın olduğunu və PAŞA Bankın inkişaf strategiyasına, eləcə də Azərbaycanın kapital bazarlarının gələcək potensialına olan etimadı bir daha nümayiş etdirir.
PAŞA Bank səhmlərinin yerləşdirilməsinin investor strukturu və digər göstəricilər barədə daha ətraflı məlumat növbəti həftə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edilib ki, PAŞA Bank fəaliyyətində qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas strateji prioritetlərdən biri kimi müəyyən edib. Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə fəaliyyət göstərən Bank, müştəri ehtiyacları ətrafında formalaşdırılmış həllər və dayanıqlı inkişaf yanaşması ilə regionda biznesin etibarlı tərəfdaşlarından biri kimi çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
8 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti




























