Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Şirvan və Hacıqabul rayonlarında quşçuluq klasterləri genişləndiriləcək.
Bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, Dövlət Proqramının mühüm istiqamətlərindən biri də quşçuluq sahəsinin inkişaf etdirilməsidir: "Proqram çərçivəsində 2030-cu ilə qədər quş əti istehsalının ən azı 30 %, yumurta istehsalının isə 27 % artırılması nəzərdə tutulur. Şirvan şəhərinin və Hacıqabul rayonunun əsas nəqliyyat yollarına, böyük istehlak bazarlarına və logistika imkanlarına yaxın yerləşməsi quşçuluq təsərrüfatlarının və emal müəssisələrinin yaradılması üçün əlverişli şərait formalaşdırır. İstehsalın genişləndirilməsi ilə yanaşı, quş kəsimi, çeşidləmə, qablaşdırma, soyutma və emal infrastrukturunun da inkişaf etdirilməsi prioritetdir. Məqsəd yalnız diri quş və ya ilkin məhsul istehsalı deyil, daha yüksək əlavə dəyərə malik hazır məhsulların bazara çıxarılmasıdır".
O həmçinin qeyd edib ki, Azərbaycanda akvakultura istehsalı 7,7 min tona çatdırılacaq: "Şirvan–Salyan iqtisadi rayonu, xüsusilə Neftçala və Salyan rayonları balıqçılıq və akvakulturanın inkişafı üçün geniş potensiala malikdir. Xəzər dənizinə, Kür çayına və digər su hövzələrinə yaxınlıq regionda həm təbii balıq ehtiyatlarının qorunması, həm də süni şəraitdə balıq yetişdirilməsi üçün əlverişli imkanlar yaradır. Balıq ehtiyatlarının bərpası məqsədilə balıq körpələrinin yetişdirilməsi və su hövzələrinə buraxılması tədbirləri davam etdirilməli, bu prosesin nəticələri elmi monitorinq əsasında qiymətləndirilməlidir".
S. Səfərli bildirib ki, akvakulturanın inkişafı təbii balıq ehtiyatlarına düşən təzyiqi azaltmaqla yanaşı, ilboyu sabit istehsalın və məşğulluğun təmin olunmasına şərait yaradır: "Dövlət Proqramına əsasən, ölkə üzrə akvakultura məhsullarının istehsalının 3,4 min tondan 7,7 min tona çatdırılması hədəflənir. Bu məqsədə nail olmaq üçün regionda mövcud balıqçılıq təsərrüfatlarının modernləşdirilməsi, yeni akvakultura müəssisələrinin yaradılması və istehsala yararlı su hövzələrinin müəyyənləşdirilməsi vacibdir".
O qeyd edib ki, Şirvan–Salyan iqtisadi rayonunun torpaq-iqlim şəraiti, su ehtiyatları, istehsal ənənələri, əmək resursları və nəqliyyat imkanları kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafı üçün böyük potensial formalaşdırır: "Əsas vəzifə bu potensialı düzgün təşkilatçılıq, torpaq və su resurslarının səmərəli idarə olunması, dövlət dəstəyi, fermer məsuliyyəti və özəl sektor investisiyaları hesabına real nəticələrə çevirməkdir. Pambıq və taxıl sahələrində məhsuldarlığın artırılması, bostançılıqda müasir texnologiyaların tətbiqi, torpaq konsolidasiyası və növbəli əkinin genişləndirilməsi, heyvandarlıq və quşçuluqda intensiv istehsal modellərinə keçid, balıqçılıq və akvakulturada isə istehsaldan emala qədər tam dəyər zəncirinin formalaşdırılması əsas prioritetlərdir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
-
15 d. əvvəl
ABŞ-da pizzacıların sayı 9 min 600-dən çox azalıb – iri şəbəkələr müştərilərini niyə itirir?
- 36 d. əvvəl
-
1 saat əvvəl
BYD Ti7-nin Avropa İttifaqında istehsalına və satışına qadağa qoyulub
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
BYD qatlanan sükanlı Ti 9-u satışa çıxarıb – hibrid SUV-nin yürüş ehtiyatı 1 630 kilometrə çatır (VİDEO)
Noyabrın 22-də gözlənilən hava şəraiti
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Ən çox oxunanlar
Avropada istiqraz buraxılışı ilk dəfə 2 trilyon avronu ötüb
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb






















