"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
"Elektrik tariflərində fermerlərə güzəştlər tətbiq ediləcək. Yaxın vaxtlarda biz öz fermer təsərrüfatımızda ayrıca iri meyvə soyuducu anbar inşa etdirmək istəyirik".Quba rayonunda ən uğurlu femerlərdən sayılan Bahadur Əhmədov həyata 42 il əvvəl Bəhyə dağının ətəklərində, yaz-yay aylarında gur sulu Qaraçayın sağ sahillərində yerləşən İkinci Nügədi kəndində göz açıb. Onun başçılıq etdiyi fermer təsərrüfatı 20 hektar sahədə çeşidli meyvələr becərib yetişdirməklə məşğuldur. Hər il bu bağlardan bol məhsul toplamağın sirlərini yaxşı bilən Bahadur boy-buxunlu, simasından səmimiyyət və mehribanlıq yağan, deyib-gülməyi sevən, səmimi əmək adamıdır.
Bahadur Əhmədov İkinci Nügədi kənd orta məktəbində uzun illər əmək və fiziki təlim fənnindən dərs deyən Adəm müəllimin oğludur. Atası onu və qardaşını hələ uşaq yaşlarından halal əməyə dərin sevgi, hörmət ruhunda tərbiyə verərək böyüdüb. Onun rəhbəri olduğu fermer təsərrüfatındakı sahələrdə göz oxşayan barlı-bərəkətli meyvə, gilas və gavalı bağlarına baxaraq heyran qalmamaq qeyri-mümkündür.
O, bu bağlara ilk gündən meyil salıb, ilin bütün fəsillərində, demək olar ki, hər gün yağışa, qara, şaxtaya fikir vermədən, bağların, buradakı ağacların hər birinin “görüşü”nə gəlib. Alma, armud, gilas ağacları erkən yazda gül açanda dünyalar qədər sevinib, bağın barını-bəhərini artırmaq üçün hər bir bitkiyə ayrıca qayğı, qulluq göstərib, torpağın vaxtında suvarılmasına, sahələrin məqamında gübrələnməsinə fikir verib. İllər keçdikcə, nisbətən gənc olmasına rəğmən, rayonda ən səriştəli fermerlərdən biri kimi tanınıb, həmkarları arasında biliyi, səriştəsi ilə hörmət-izzət qazanıb. Amma heç vaxt atasının ona təlqin etdiyi kimi, özünü öyməyib, hər zaman biliklərini artırmağa çalışıb.
Bahadur həm də səmimi, mehriban həmsöhbətdir. İyun ayının 24-də saat 12 radələrində onunla bağda görüşən anlarda hava çox xoş idi. Əvvəlcə, fermerin təxminən 7-8 il əvvəl saldığı gilas bağlarını gəzdik. Günəşin hərarətini canına hopdurub budaqlardan sallanan iri gilasları görüb sevindim. Fermerin bağlarda builki əməyi də öz bəhrəsini verib. Meyvəçi qızlar isə böyük həvəslə məhsulu toplamaqla məşğul idilər.
Söhbət Qubada keçirilən zona müşavirəsindən düşdü. Bahadur Əhmədov fəxrlə dedi:
– Qubadakı zona müavirəsinin iştirakçısı olmuşam. Sağ olsunlar, toplantının sonunda biz fermerlərə arzu, təkliflərimizi bildirmək üçün şərait yaratdılar. Mən 2 təkliflə çıxış etdim. Birincisi, qeyd etdim ki, bəzən fermerlər sahələrdə zəruri tikinti işləri həyata keçirməli olurlar. Bu zaman həmin obyektlərə elektrik xətləri çəkmək lazım gəlir. Bununla bağlı hazırkı tariflər isə yüksəkdir. Bunun üçün fermerlərə müəyyən güzəştlər edilməlidir.
– Bəs ikinci təklifin nə ilə bağlı idi?
– Qoy hələ birinci təklifimlə bağlı fikrimi başa çatdırım. Təsəvvür edirsiniz, bu günlərdə möhtərəm Prezidentin bu məsələ ilə bağlı sərəncamı çıxıb. Sənəddə qeyd olunur ki, 2027-ci il yanvarın 1-dən bu məsələdə fermerlərə güzəştlər tətbiq ediləcək. Mən möhtərəm dövlət başçısına buna görə son dərəcə minnətdaram. Yaxın vaxtlarda biz öz fermer təsərrüfatımızda ayrıca iri meyvə soyuducu anbar inşa etdirmək istəyirik. Bu sərəncamdan sonra artıq bağlara elektrik xətlərinin çəkilməsi ilə bağlı xərclərimiz xeyli azalacaq.
Bahadur Əhmədov sonra növbəti sualımı gözləmədən ikinci təklifini də dedi:
– Bilirsinizmi, hazırkı qanunvericiliyə görə, sahələrə dolu düşən zaman fermerlərə müəyyən güzəştlər edilir. Bu il şimal zonasında hava çox yağıntılı keçib. Bizdə bağların örtüklənməsinə kəskin ehtiyac var. Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın.
Bahadur Əhmədov ümud edir ki, müvafiq qurumlar bu məsələdə də fermerlərin çətinliklərini nəzərə alacaqlar və problem öz mübət həllini tapacaq.
Fermer bizimlə söhbətin sonunda möhtərəm Prezidentimizin rəhbərliyi ilə aqrar sektorda görülən işləri diqqətlə izlədiyini, ölkəmizin digər sahələrdə olduğu kimi, bu istiqamətdə də ciddi irəliləyişlər əldə edəcəyinə zərrə qədər şübhə etmədiyini əminliklə bildirdi:
– Prezident İlham Əliyev hansı işi irəli çəkirsə, orada uğur, qələbə qazanılıb. Dövlətimizin fermerlərə hərtərəfli və əməli dəstəyi imkanlarımızı daha da genişləndirir.
Bahadur Əhmədovdan hazırda ən böyük arzusunun nə olduğunu soruşdum. Sualım ürəyincə oldu:
– Qazandığımız uğurlarla dövlət başçısını razı salmaqdan böyük nə ola bilər? Mənim və aqrar sektorda çalışan bütün bağban və fermerlərin uğurları, ilk növbədə, dövlətimizin, şəxsən ölkə başçısının müdrik siyasətinin nəticəsində mümkün olub. Bu gün insanlar halal zəhmətlə ailələrini dolandırırlar. Buna görə, möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirmək istəyirəm.
© Məsaim ABDULLAYEV, "Xalq Qəzeti"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
53 d. əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
1 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
3 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
Ən çox oxunanlar
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!
Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb
Prezident Naxçıvan üçün 1000 MVt-a qədər Günəş enerjisi potensialını açıqladı – Elektrik Avropaya qədər gedə bilər
Prezidentdən Naxçıvan üçün 258 milyon manatlıq SƏRƏNCAM






















