Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“GL” Açıq Səhmdar Cəmiyyəti (Sizin Lombard brendi) 6,9 milyon manatlıq istiqraz emissiyası həyata keçiririr.
Marja.az xəbər verir ki, şirkətin baza emissiya prospektinə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 69 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılıb.
İstiqrazların tədavül müddəti 7 ildir. Qiymətli kağızlar üzrə illik faiz dərəcəsi 15 faiz müəyyən edilib. Faiz ödənişləri aylıq əsasda həyata keçiriləcək.
Prospektə əsasən, hər bir istiqraz üzrə aylıq kupon gəliri 1 manat 25 qəpik olacaq. Faiz ödənişləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər ayda bir dəfə, hər ayın 30-cu günündə həyata keçiriləcək. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti iş günü aparılacaq. İstiqrazların nominal dəyəri sonuncu faiz ödənişi ilə birlikdə ödəniləcək.
İstiqrazların valyutası Azərbaycan manatıdır. Sənəddə qeyd olunur ki, istiqrazların əldə edilməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Emissiya ediləcək istiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə edilə bilər.
İstiqrazlar təmin edilməmiş formada emissiya edilir. Prospektdə qeyd olunur ki, istiqrazlar üzrə əsas borc və faiz ödənişləri ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir. Şirkət emissiyanın anderrayteri qismində emitentin bütün satış sifarişlərini hərrac zamanı Bakı Fond Birjasına təqdim edəcək və BFB-nin ticarət sistemi vasitəsilə istiqrazların yerləşdirilməsi xidmətlərini göstərəcək.
Qeyd edək ki, istiqrazların 15 faiz illik gəlirliliklə və aylıq kupon ödənişi ilə təklif olunması investorlar üçün müntəzəm pul axını baxımından cəlbedici şərt hesab oluna bilər. Bununla yanaşı, istiqrazların təmin edilməmiş formada emissiya edilməsi investorlar üçün emitentin maliyyə dayanıqlığının və ödəniş qabiliyyətinin qiymətləndirilməsini daha vacib edir.
"GL" ASC-nin nizamnamə kapitalında mühüm iştirak payına malik şəxs Quliyev Farman Eldar oğludur. Onun emitentin nizamnamə kapitalındakı payı 100 faizdir.
Baza emissiya prospektində “GL” ASC-nin maliyyə vəziyyətinə dair məlumatlar da yer alıb. Məlumata görə, emitentin son 3 audit edilmiş maliyyə hesabatına əsasən, şirkətin mənfəət göstəriciləri artımla davam edir və bu, onun gəlirlilik baxımından güclü mövqeyə malik olduğunu göstərir.
Auditor rəyində qeyd olunur ki, şirkətin likvidlik göstəricilərində müəyyən dalğalanmalar müşahidə edilsə də, ümumilikdə öhdəliklərin yerinə yetirilməsi imkanları riskli hesab edilmir. Son 3 ilin göstəriciləri emitentin ümumi maliyyə vəziyyətinin stabil olduğunu və artan gəlirlilik tendensiyası ilə xarakterizə edildiyini göstərir.
Məlumata əsasən, “GL” ASC-nin əməliyyat fəaliyyətindən xalis mənfəəti 2022-ci ildə 3 milyon 13 min manat, 2023-cü ildə 2 milyon 875 min manat, 2024-cü ildə 3 milyon 34 min manat, 2025-ci ildə isə 5 milyon 50 min manat təşkil edib. Beləliklə, 2025-ci ildə şirkətin xalis mənfəəti 2024-cü illə müqayisədə 2 milyon 16 min manat və ya təxminən 66,4 faiz artıb.
Prospektdə qeyd olunur ki, bu göstəricilər əsasən lombard fəaliyyəti, yəni zəmanətli kiçik məbləğli kreditlər üzrə biznes modelinin davamlı və gəlirli olduğunu göstərir.
Şirkətin cəmi aktivləri 2024–2025-ci illər ərzində 1 milyon 310 min manat artıb.
Cəmi kapital göstəricisi də artım tendensiyası nümayiş etdirib. Belə ki, emitentin kapitalı 2022-ci ildə 2 milyon 560 min manat, 2023-cü ildə 2 milyon 340 min manat, 2024-cü ildə 2 milyon 170 min manat, 2025-ci ildə isə 3 milyon 470 min manat təşkil edib.
Emitentin əsas gəlir mənbəyi olan kredit portfeli 2024-cü ildə 46 milyon 270 min manatdan 2025-ci ildə 50 milyon 830 min manata yüksəlib. Bu, kredit portfelinin 4 milyon 560 min manat və ya təxminən 9,9 faiz artması deməkdir. Göstərici şirkətin aktivlərinin genişləndiyini və kreditləşmə həcminin artdığını göstərir.
Müştərilərin xəbərləri
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 d. əvvəl
Niderlandın logistika nəhəngi Azərbaycana yeni investisiyalar yatıra bilər
- 8 d. əvvəl
-
39 d. əvvəl
Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
-
55 d. əvvəl
Dünyada bananın bahalaşacağı gözlənilir – Nəhəng şirkətdən xəbərdarlıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan ABŞ şirkəti ilə əməkdaşlığı müzakirə edib
Balıqçılıq və iri təsərrüfatların fəaliyyəti ilə bağlı qanunvericilik dəyişdi – Yeni tələblər müəyyən edildi
Ən çox oxunanlar
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Sahib Rzayevə iki vəzifə həvalə olundu – Prezident sərəncam imzaladı
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI





















