Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
(®) Ölkənin maliyyə bazarında innovativ addımları ilə seçilən "Unicapital İnvestisiya Şirkəti" ASCrəqəmsal xidmətlərin optimallaşdırılması və müştəri məmnuniyyəti istiqamətində daha bir mühüm yeniliyə imza atdı.Şirkət SİMA yeni nəsil rəqəmsal imzanın biometrik imzalama həllini tətbiq edən ilk investisiya şirkəti oldu.
Yeni inteqrasiya ilk mərhələdə UForex-dəonlayn hesab açılışı zamanı tətbiq ediləcək. Bu həll sayəsində onlayn müraciət edən şəxsin həqiqətən də imza sahibinin özü olub-olmadığı “SİMA İmza”nın xüsusi süni intellekt və biometriya texnologiyası vasitəsilə anında dəqiqləşdiriləcək.
Proses tamamilə şəffaf şəkildə, cəmi 3 addımda və bir neçə saniyə ərzində baş tutur:
Biometrik eynilik yoxlanışı: Süni intellekt vasitəsilə müraciət edən şəxsin üz cizgiləri analiz edilir;
Canlılıq testi: Sistem hər hansı foto və ya video təsvirdən istifadə cəhdlərinin qarşısını alaraq, prosesdə iştirak edən şəxsin real və canlı olduğunu təsdiqləyir;
Anında imzalama: Eyniləşdirməsi uğurla başa çatan şəxslərin imza prosesi tamamlanır və hesab aktivləşir.
Bu yenilik Unicapital-ın rəqəmsal transformasiya strategiyasının, xüsusilə KYC (Müştərini Tanı) sisteminin tətbiqi istiqamətində atılan önəmli bir addımdır. Şirkət, istifadəçi təhlükəsizliyini və rəqəmsal güvən faktorunu ön planda saxlamaqla prosesləri daha da sürətləndirməyə və müştərilərinə çevik investisiya təcrübəsi təqdim etməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























