İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayıb
İcbari Sığorta Bürosu (İSB) müraciətlərin daha operativ və rahat şəkildə qəbul edilməsi məqsədilə xidmətlərin “ASAN xidmət” mərkəzlərində təşkilinə başlayıb.
Marja xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində İcbari Sığorta Bürosunun xidmət pəncərəsi fəaliyyət göstərir. 06 iyul 2026-cı il tarixindən etibarən İcbari Sığorta Bürosuna vətəndaş müraciətləri yalnız 2 saylı Bakı “ASAN xidmət” mərkəzində (Bakı şəhəri, 8 Noyabr prospekti 23, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsi) fəaliyyət göstərən xidmət pəncərəsi vasitəsilə qəbul edilir.
İSB vətəndaşların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlərin tətbiqinə xüsusi önəm verir və bu istiqamətdə son dövrlərdə bir sıra rəqəmsal yeniliklər istifadəyə verilib. Vətəndaşlar İSB-nin rəsmi internet səhifəsinin (www.isb.az) “Şəxsi kabinet” və “Elektron xidmətlər” bölmələri vasitəsilə bir sıra xidmətlərdən onlayn şəkildə faydalana bilərlər.
Eyni zamanda, www.isb.az portalında "İcbari sığorta müqavilələrinin yoxlanılması" bölməsi vasitəsilə sığorta müqavilələrinin qüvvədə olub-olmadığını yoxlamaq mümkündür.
İSB vətəndaşlara daha rahat və innovativ xidmətlərin təqdim edilməsi, yeni rəqəmsal həllərin tətbiqi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























