PAŞA Bank səhmləri üzrə overnight ödənişlərinin icrası uğurla tamamlanıb
(®) Ölkənin ilk korporativ IPO-su olan PAŞA Bank səhmlərinə abunə yazılışı müddətində investorlar tərəfindən yerləşdirilmiş vəsaitlərə illik 5%* hesablanmış overnight gəlirləri investorların hesablarına köçürülüb.
Ödənişlərin icrası layihənin əsas anderrayteri olan PAŞA Kapital tərəfindən həyata keçirilib və nəzərdə tutulan hesablaşmaların növbəti mərhələsi uğurla yekunlaşıb.
Qeyd edək ki, cari ilin tarixi hadisəsi hesab olunan PAŞA Bank-ın IPO-su investorlar tərəfindən yüksək maraqla qarşılanıb. İlkin kütləvi təklif çərçivəsində 18 minə yaxın investor tərəfindən 20 mindən artıq sifariş təqdim olunub, ümumi tələb isə təklif olunan həcmdən 29% çox olub.
Məlumat üçün bildirək ki, IPO çərçivəsində Bakı Fond Birjasında uğurla yerləşdirilmiş PAŞA Bank səhmlərinin 29 iyun 2026-cı il tarixindən etibarən təkrar bazarda ticarətinə başlanılmışdır.
IPO çərçivəsində PAŞA Bank səhmlərinin abunə yazılışına qoşula bilməyən şəxslər, təkrar bazarda PAŞA Kapital vasitəsilə sifariş yerləşdirərək əldə edə bilərlər.
*Qeyd: Overnight gəlirlərinə qanunvericiliyə uyğun olaraq müvafiq vergilər tətbiqedilmişdir.
PAŞA Kapital İnvestisiya Şirkətinin xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün pashacapital.az saytına və ya 1548 qısa nömrəli Çağrı Mərkəzinə müraciət etməyiniz mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























