Tanınmış bank olmayan kredit təşkilatı illik 13%-lə 7 milyon manat borc alır
BOKT bazara 7 milyon manatlıq istiqraz çıxarır - İnvestorlara 13 faiz gəlir vədiBank olmayan kredit təşkilatı “Embafinans” QSC istiqraz yerləşdirməklə 7 milyon manat cəlb etməyə hazırlaşır.
Marja.az xəbər verir ki, “Embafinans”ın baza emissiya prospektinə əsasən, emissiya hər birinin nominal dəyəri 100 manat olan 70 min ədəd istiqrazdan ibarətdir.
Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 7 milyon manat təşkil edir.
Prospektə əsasən, istiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlardır. İstiqrazların valyutası Azərbaycan manatıdır.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 13 faiz müəyyən edilib. Faiz ödənişləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir həyata keçiriləcək. Bir istiqraz üzrə hər faiz dövrünə düşən gəlir 3 manat 25 qəpik təşkil edir.
İstiqrazların tədavül müddəti 12 aydır. Nominal dəyər son kupon ödənişi ilə birlikdə ödəniləcək. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçiriləcək.
Prospektdə qeyd olunur ki, istiqrazlar təmin edilməmiş formada buraxılır. Emitentin tədavül müddəti ərzində istiqrazları geri satın almaq öhdəliyi yoxdur. Bununla belə, “Embafinans”ın təklifi və investorların razılığı əsasında istiqrazların geri satın alınması mümkün ola bilər.
Sənəddə emitentin maliyyə göstəricilərinə dair məlumatlar da yer alıb. Bildirilir ki, “Embafinans” QSC-nin gəlir gətirən aktivləri və xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə artım dinamikası nümayiş etdirib. BOKT-un kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin sonunda 26,4 faiz artaraq 61 milyon 997 min 393 manatdan 78 milyon 339 min 792 manata yüksəlib.
“Embafinans” QSC-nin nizamnamə kapitalı 10 milyon manatdır. Cəmiyyətin səhmdar kapitalı hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi adlı sənədsiz səhmdən ibarətdir. Şirkətin səhmdarları Abbasov Elşad İnşalla oğlu və Polyakova Tamara Bəşirovnadır. Abbasov Elşad İnşalla oğluna səhmlərin 86 faizi, Polyakova Tamara Bəşirovnaya isə 14 faizi məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























