"AmCham Azərbaycan" 2026–2028-ci illər üzrə strateji istiqamətlər müəyyən edib
"AmCham Azərbaycan" 2026–2028-ci illər üzrə Rəqəmsal Transformasiya və Süni İntellekt, eləcə də Qida və Aqrar sahələrini strateji istiqamətlər kimi müəyyən edibAzərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") 2026–2028-ci illər üçün Rəqəmsal Transformasiya və Süni İntellekt (Sİ), eləcə də Qida və Aqrar sahələrini iki əsas strateji istiqamət kimi müəyyən edib. Bu qərar Palatanın Azərbaycanda uzunmüddətli iqtisadi inkişafı təşviq etmək, iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaq və rəqabətqabiliyyətliliyin artırılmasına töhfə vermək missiyasını bir daha təsdiqləyir.
Palatanın yeni strateji istiqamətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş milli inkişaf prioritetlərinə uyğun olaraq formalaşdırılıb. Bu istiqamətlər həmin prioritetlər çərçivəsində xüsusi əhəmiyyət kəsb edən rəqəmsal transformasiya və texnoloji innovasiyaların təşviqi, rəqabətqabiliyyətli və şaxələndirilmiş qeyri-neft-qaz iqtisadiyyatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı kənd təsərrüfatının inkişafı və təbii resursların səmərəli idarə olunması kimi sahələri əhatə edir. Eyni zamanda, bu istiqamətlər qlobal iqtisadi tendensiyaları və Azərbaycanda fəaliyyət göstərən bizneslərin dəyişən ehtiyaclarını əks etdirir.
Bu strateji istiqamətlər çərçivəsində "AmCham Azərbaycan" dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə müxtəlif təşəbbüslər həyata keçirməyi hədəfləyir. Bu təşəbbüslər "AmCham" platforması vasitəsilə dövlət qurumlarını, yerli və beynəlxalq biznes nümayəndələrini, investorları, sahə üzrə ekspertləri və inkişaf tərəfdaşlarını bir araya gətirəcək.
Rəqəmsal Transformasiya və Süni İntellekt
Rəqəmsal transformasiya və süni intellekt biznesə, sənayeyə və ümumilikdə iqtisadiyyata yeni texnologiyaların təsirinin sürətlə artdığı bir dövrdə "AmCham Azərbaycan"ın əsas strateji prioritetlərindən biri olacaq. Palata süni intellektin tətbiqi, rəqəmsal infrastrukturun və innovasiyaların inkişafı, əmək bazarının gələcəyin tələblərinə və yeni bacarıqlara uyğunlaşdırılması, texnologiyalardan məsuliyyətli istifadənin təşviqi üçün əlverişli mühitin formalaşdırılması ilə bağlı dövlət qurumları, özəl sektor, texnologiya liderləri və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlıq və dialoqu təşviq edəcək.
Qida və Aqrar sahə
Qida və aqrar sahə Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafına töhfə verilməsi, ixracın şaxələndirilməsi və təbii resurslardan dayanıqlı istifadə baxımından mühüm potensiala malik olduğundan strateji prioritet kimi müəyyən edilib. AmCham Azərbaycan kənd təsərrüfatının müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, su və torpaq ehtiyatlarının səmərəli idarə olunması, ərzaq təhlükəsizliyi, beynəlxalq sertifikatlaşdırma, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və qlobal dəyər zəncirlərinə inteqrasiya istiqamətlərində dövlət qurumları, biznes nümayəndələri, investorlar və ekspertlər arasında əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.
"AmCham Azərbaycan" rəhbərliyi tərəfindən bildirilib ki, ölkənin iqtisadi transformasiyanın yeni mərhələsinə qədəm qoyduğu bir zamanda texnologiya, innovasiya, məhsuldarlıq və dayanıqlı inkişaf amilləri xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal transformasiya və süni intellekt, eləcə də qida və aqrar sahələrinin 2026–2028-ci illər üzrə strateji prioritetlər kimi müəyyən edilməsi AmCham Azərbaycanın fəaliyyətinin ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə uzlaşdırılmasına və diqqətin özəl sektorun real və ölçülə bilən töhfə verə biləcəyi sahələrə yönəldilməsinə xidmət edir.
Qeyd olunub ki, bu strateji prioritetlər çərçivəsində əsas məqsəd dövlət qurumları, biznes nümayəndələri, investorlar və beynəlxalq ekspertlər arasında daha səmərəli dialoqu, praktiki əməkdaşlığı və nəticəyönümlü tərəfdaşlığı təşviq etməkdir. AmCham Azərbaycan müvafiq istiqamətlər üzrə biznes ictimaiyyətinin baxışlarını, təcrübəsini və təkliflərini bir araya gətirərək, dayanıqlı iqtisadi inkişaf gündəliyinə töhfə verən təşəbbüs və müzakirələri dəstəkləməyə davam edəcəkdir.
Hər iki strateji istiqamət "AmCham Azərbaycan"ın fəaliyyətinin gündəliyində, o cümlədən komitələrinin işində, biznes tədbirlərində, tərəfdaşlıqlarında və müxtəlif təşəbbüslərində öz əksini tapacaq. Palata geniş üzvlük bazasının və beynəlxalq əlaqələr şəbəkəsinin bilik və təcrübəsindən istifadə edərək səmərəli müzakirələrin aparılmasına, əsas imkan və çağırışların müəyyənləşdirilməsinə, eləcə də bu sahələrin inkişafına özəl sektorun praktiki baxış və təcrübəsinin töhfə verməsinə dəstək göstərəcək.
Rəqəmsal transformasiya və süni intellekt, eləcə də qida və aqrar sahələrinin 2026–2028-ci illər üçün strateji prioritetlər kimi müəyyən edilməsi ilə AmCham Azərbaycan ölkənin milli inkişaf prioritetlərinə dəstəyini, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə sadiqliyini və rəqabətqabiliyyətli, dayanıqlı və gələcəyə hazır biznes mühitinin inkişafına töhfə vermək əzmini bir daha təsdiqləyir.
"AmCham Azərbaycan" haqqında
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 4 saat əvvəl
-
7 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
11 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
11 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
11 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək



























