ABB-nin növbəti istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
Bakı Fond Birjasının Listing Komitəsinin 8 iyul 2026-cı il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
Marja.az xəbər verir ki, AZ2009004584 ISIN kodlu istiqrazlar üzrə abunə yazılışı 10 iyul 2026-cı il tarixində başlayacaq və 31 iyul 2026-cı il tarixində başa çatacaq. İstiqrazların yerləşdirilməsi isə 4 avqust 2026-cı il tarixində həyata keçiriləcək.
Buraxılış çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 50 min ədəd istiqraz yerləşdiriləcək. Beləliklə, istiqrazların ümumi buraxılış həcmi 5 milyon manat təşkil edəcək.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlar formasında buraxılır. Qiymətli kağızlar üzrə illik gəlirlilik faizi 10% müəyyən edilib. Hesablanmış faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
İstiqrazların tədavül müddəti 2 il təşkil edir. Buraxılış üzrə anderrayter qismində “ABB-İnvest İnvestisiya Şirkəti” QSC çıxış edir.
Qeyd edək ki, ABB-nin yeni istiqraz buraxılışı kapital bazarında bank sektorunun aktivliyinin artması və investorlar üçün sabit gəlirli alətlərin çeşidinin genişlənməsi baxımından əhəmiyyətlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























