Naxçıvanın şirkəti səhmlərinin Bakı Fond Birjasında ilkin kütləvi təklifini (İPO) hədəfləyir - MÜQAVİLƏ İMZALANIB
Azərbaycanda daha bir İPO gözlənilir. Naxçıvanda yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edən “NP Petrol” şirkəti səhmlərini sataraq maliyyə vəsaiti cəlb etmək istəyir.7–8 iyul 2026-cı il tarixlərində Bakı Fond Birjası Türkiyənin aparıcı şirkətilərindən olan “Global Menkul Değerler” A.Ş. və onun müştərisi Azərbaycanda yanacaqdoldurma şəbəkələri olan “NP Petrol”un rəhbərliyini qəbul edilib.
Marja.az Birjaya istinadən xəbər verir ki, səfərin əsas məqsədi “NP Petrol”un Bakı Fond Birjasında ilkin kütləvi təklif (İKT) yerləşdirməsinə dair müzakirələrin aparılması olub.
Eyni zamanda nümayəndə heyəti BFB-nin rəhbərliyi və listinq komandası ilə Azərbaycan kapital bazarı qanunvericiliyinə uyğun listinq prosesi, tənzimləyici tələblər və İKT çərçivəsi üzrə ətraflı müzakirələr aparıb. Tərəflər İKT-nin potensial vaxt çərçivəsi və strukturunu da nəzərdən keçirib.
Görüş zamanı Bakı Fond Birjası və “NP Petrol” arasında Listinq Məsləhət Proqramı (LMP) müqaviləsi imzalanmışdır.
Qeyd edək ki, “NP Petrol” şirkəti Naxçıvan Muxtar Respublikasının 9 bölgəsində yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edən regionun yanacaq təchizatı sahəsində mühüm rol oynayan şirkətlərdən biridir.
Səfər çərçivəsində nümayəndə heyəti yerli kapital bazarında fəaliyyət göstərən bir sıra investisiya şirkətləri ilə də görüşlər keçirib. Həmin görüşlərdə potensial anderraytinq, habelə yerli kapital bazarının strukturu, investor marağı və bazar təcrübəsi müzakirə edilib.
İlkin ictimai təklif (İngilis dilindən IPO — Initial Public Offering) — özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesidir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























