İnvestorlara 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılır
“Kəpəz BOKT” MMC-nin istiqrazları Bakı Fond Birjasında ticarətə buraxılır.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, BFB-nin Listinq Komitəsinin 6 iyul 2026-cı il tarixli qərarı ilə “Kəpəz BOKT” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
Qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 14 iyul 2026-cı il tarixində keçiriləcək.
Məlumata görə, emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 10 min ədəd istiqraz yerləşdiriləcək. İstiqrazların ümumi buraxılış həcmi 1 milyon manat təşkil edir.
AZ2014020807 ISIN kodlu istiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır. İstiqrazlar kütləvi və birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
İstiqrazlar üzrə illik gəlirlilik 15 faiz müəyyən edilib. Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay həyata keçiriləcək. Ödəniş dövrü üzrə bir ayın 30 gün olduğu qəbul edilir.
İstiqrazların tədavül müddəti 24 aydır.
Emissiya üzrə anderrayter qismində “Troni İnvestisiya Şirkəti” QSC çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























