“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
Bakı Fond Birjasının Listing Komitəsinin 8 iyul 2026-cı il tarixli qərarı ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
Marja.az xəbər verir ki, AZ2001020364 ISIN kodlu istiqrazlar diskontlu, təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlar formasında buraxılır.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 8 min ədəd istiqraz yerləşdiriləcək. Beləliklə, istiqrazların ümumi buraxılış həcmi 800 min manat təşkil edəcək.
İstiqrazlar kütləvi abunə yazılışı formasında yerləşdiriləcək. Bir istiqraz üzrə minimum yerləşdirmə qiyməti 90 manat müəyyən edilib. Bu qiymətdən aşağı təqdim edilən sifarişlər qəbul olunmayacaq. Yerləşdirmə zamanı sifarişlər ən yüksək qiymət təklifindən başlayaraq aşağı qiymətə doğru ardıcıllıqla icra ediləcək.
İstiqrazlar üzrə gəlir diskont mexanizmi əsasında formalaşacaq. Diskont gəliri nominal dəyərlə yerləşdirmə qiyməti arasındakı fərqdən ibarət olacaq. Ödəniş tədavül müddətinin sonunda nominal dəyər üzrə həyata keçiriləcək.
Qiymətli kağızların tədavül müddəti 182 gün təşkil edir. İstiqrazların ticarətə buraxılma tarixi emitent tərəfindən bildiriləcək.
Buraxılış üzrə anderrayter qismində “Assist Finance İnvestisiya Şirkəti” ASC çıxış edir.
Qeyd edək ki, diskontlu istiqrazlar investorlar üçün qısa müddətli sabit gəlir imkanı yaradır. “Assist Finance”in bu emissiyası kapital bazarında investisiya şirkətlərinin aktivliyinin artması və alternativ maliyyələşmə alətlərinin genişlənməsi baxımından diqqət çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























