“Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzanla - MÜSAHİBƏ
“Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan mövcud iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb.
“Marja” onunla müsahibəni təqdim edir:
- Savaş bəy, bölgədə və dünyada baş verən böhranlar ərzaq təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirir. “Azərsun Holdinq”in bu istiqamətdəki planları ilə bağlı fikrinizi öyrənmək istəyərdik...
- Bildiyiniz kimi 35 ildir Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupu olaraq ölkəmizin ərzaq təhlükəsizliyi həmişə prioritetimiz olub. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bütün dünyada tədarük zəncirinin pozulduğu COVİD-19 pandemiyası, münaqişələr və digər böhranlar zamanı Azərbaycanda əhalinin təminatında heç bir sıxıntı yaşanmadı. Çox məmnunuq ki, biz də “Azərsun Holdinq” olaraq bu işdə üzərimizə düşən məsuliyyəti layiqincə daşıya bildik. “Azərsun-2030” strategiyamız çərçivəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə yeni layihələrin icrasını nəzərdə tutmuşuq.

- Bu barədə bir az ətraflı məlumat verə bilərsinizmi? Planlarınıza hansı layihələrin icra edilməsi daxildir?
- “Azərsun” olaraq qərara gəlmişik ki, strateji əhəmiyyət kəsb edən günəbaxan yağı, şəkər və digər kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ölkənin uzunmüddətli ehtiyatlarını təmin edəcək istehsal gücü formalaşdırılmalıdır. Bu ildən etibarən strateji əhəmiyyətə malik günəbaxan yağının yerli xammal hesabına təmin edilməsi istiqamətində də zəruri addımlar atmağa başlayırıq. Bu çərçivədə hazırda tərəfimizdən 200 hektardan çox ərazidə günəbaxan əkinləri həyata keçirilib və 500 tondan çox məhsul toplamağı hədəfləyirik. 2030-cu ilə qədər əkin sahələrini 1.800 hektara, yığılacaq məhsulun həcmini isə 4.000 tona qədər artırmağı planlayırıq. Bununla da bu istiqamətdə idxaldan asılılığı kəskin şəkildə azaltmış olacağıq. Yerli şəkər çuğunduru istehsalında isə 700–800 min tonluq hədəflər müəyyənləşdirilib və uzunmüddətli strateji plan əsasında bu sahədə ölkənin daxili tələbatının əhəmiyyətli hissəsini qarşılayacaq səviyyəyə çatmağı nəzərdə tuturuq.
Bununla yerli fermerlərin sosial-rifah halının yüksəlməsinə də böyük dəstək vermiş olacağıq. Qeyd etmək istəyirəm ki, “Azərsun Holdinq”in təşəbbüsü ilə artıq 20 ildir ki, bölgələrdə yaşayan minlərlə fermer şəkər çuğunduru əkinçiliyi ilə məşğul olur, bu istiqamətdə onlara şirkətlər qrupumuz tərəfindən bütün zəruri dəstək verilir. 2026-cı ilin ilk 5 ayı ərzində 53.571.000 ABŞ dolları dəyərində 84.530 ton şəkər ixrac etmişik, ilin yekununda 88.000.000 ABŞ dolları dəyərində 140.000 ton məhsulun ixracı nəzərdə tutulur. Hədəfimiz bu sahənin daha da inkişaf etdirilməsi, ixracın artırılmasıdır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
- Savaş bəy, “Azərsun Holdinq” qida sənayesi istiqamətində ölkənin aparıcı şirkətlərindən olmaqla bərabər son illərdə qeyri-qida istehsalını artırmaqdadır. Bu istiqamətdə hansısa yeniliklər gözlənilirmi?
- Şirkətlər qrupumuzun qeyri-qida sahəsində fəaliyyəti Azərsun Kağız və Karton İstehsalat Korporasiyası tərəfindən tənzimlənir və hazırda karton, gigiyenik kağızlar, təmizlik məhsullarının istehsalını təmin edirik. Eyni zamanda illik istehsal həcmi 50.000 ton olan Kağızın Təkrar Emalı fabrikimizin fəaliyyəti nəticəsində ətraf mühitin qorunmasına mühüm töhfə vermiş oluruq. 2030-cu ilə qədər bu həcmi 140.000 tona qədər artırmaq nəzərdə tutulub. Yaxın gələcəkdə kağız sənayesinə əlavə 100 milyon manat investisiyanın yatırılmasını nəzərdə tuturuq ki, bununla ölkəmizin tələbatını daxili gücümüz hesabına təmin etməklə bərabər ixrac potensialımızı artırmaq və region ölkələrinin bazarlarında da ciddi pay sahibi olmaq istəyirik.

- Hazırda bütün biznes dünyasının əsas müzakirə obyekti süni intellektdir. Sizin fəaliyyətinizdə bu texnoloji yeniliklə bağlı hansı hədəflər var?
- Bu gün süni intellekt və rəqəmsal texnologiyalar şirkətlərin idarə edilməsində yeni reallıq formalaşdırır. “Azərsun” olaraq biz də əkindən satışa qədər bütün mərhələlərdə süni intellekt dəstəkli avtomatlaşdırılmış sistemlər tətbiq edirik və ölkəmizdə yüksək sürətlə həyata keçirilən rəqəmsal transformasiyanın önündə olan holdinqlərdənik. Ölkənin qeyri-neft sektorunun aparıcı nümayəndələrindən olaraq fəaliyyətimizi məlumat əsaslı qərarlar, ölçülə bilən KPI-lar və rəqəmsal idarəetmə sistemləri üzərində qururuq. Məqsədimiz daha çevik, səmərəli və daha ağıllı idarə olunan şirkətlər qrupuna çevrilməkdir.
İnanırıq ki, innovasiya, texnologiya, güclü komanda və strateji baxışın vəhdəti “Azərsun”un gələcək inkişafının əsas hərəkətverici qüvvəsi olacaq. Qarşıdakı dövrdə də ölkəmizin iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və ixrac potensialının artırılmasına töhfə verməyə davam edəcəyik.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























