Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
9 iyul tarixində, “SABAH.academy” ADA Universitetində "Baku ID" çərçivəsində 6-cı "University Demo Day" tədbiri "Code Academy"nin baş sponsorluğu ilə keçirib.
Universitetlər arası bu möhtəşəm startap müsabiqəsi Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və UNEC SABAH Qruplarından olan 10 tələbə komandasının öz layihələrini canlı təqdim etməsini izləmək üçün tələbələri, investorları və korporativ tərəfdaşları bir araya gətirib.
Tədbir “SABAH.academy”nin rəhbəri Aminə Məlikova tərəfindən rəsmi olaraq açıq elan edilib. Hər bir komanda münsiflər heyəti qarşısında 3 dəqiqəlik təqdimatla çıxış edib və ardınca sual-cavab sessiyası baş tutub. Proqram çərçivəsində, həmçinin məzun tələbələrin öz startaplarını təqdim etdiyi "Alumni Startup Spotlights" (Məzun Startaplarının Təqdimatı) və qonaqlara komandalarla birbaşa görüşmək, rəy mübadiləsi aparmaq imkanı yaradan "Startup Fair" (Startap Sərgisi) təşkil olunub.
Münsiflər heyətinin qiymətləndirməsindən sonra 6-cı "University Demo Day"in qalib komandaları elan edilib:
Birinci yer: "QuickRecap" (ADA Universiteti) – hər bir komanda üzvü "Code Academy"də istənilən karyera proqramı üzrə 100%-lik təhsil təqaüdü qazanıb.
İkinci yer: "Seeder" (ADA Universiteti) – hər bir komanda üzvü "Code Academy"nin "AI for Everyone" proqramı üzrə 100%-lik təhsil təqaüdü qazanıb.
Üçüncü yer: "StipUp" (Azərbaycan Texniki Universiteti) – hər bir komanda üzvü "Code Academy"nin "AI for Everyone" proqramı üzrə 100%-lik təhsil təqaüdü qazanıb.
Xüsusi elan qismində, "Caucasus Ventures" vençur kapitalı fondunun nümayəndəsi Samir Hacıbəyli ADA Universitetinin "Seeder" startapını fərqləndirərək onlara 10 000 ABŞ dolları dəyərində şərti investisiya öhdəliyi təqdim edib və komandanın bir nümayəndəsini Oktyabr ayında baş tutacaq Silikon Vadisi səfərinə dəvət edib.
Startap təqdimatları tanınmış diaspora təsisçilərindən və texnologiya liderlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib:
Yaqub Rəhimov – "Polygraf AI" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru;
Aytəkin Əliyeva – "Femigrants" platformasının təsisçisi və baş icraçı direktoru, əvvəllər “Meta” və “NVIDIA” daxil olmaqla qlobal texnologiya şirkətlərində çalışıb;
Məhəmmədiyyə Əbdürəhimov – "Navan" şirkətində baş proqram təminatı mühəndisi;
Mənsur Paşayev – "Push30" Azərbaycanın baş direktoru;
Ayaz Əhmədov – "Dosty" layihəsinin təsisçisi və baş icraçı direktoru.
Tədbir zamanı "Polygraf AI"ın həmtəsisçisi Yaqub Rəhimov yerli süni intellekt və kibertəhlükəsizlik ekosistemini dəstəkləmək və inkişaf etdirmək məqsədilə Azərbaycanda "Polygraf Labs" mərkəzini yaratmaq planlarını açıqlayıb. Bu təşəbbüs 200 yeni iş yeri yaradacaq, həmçinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üçün regional qovşaq rolunu oynayacaq. Cənab Rəhimov "Demo Day" iştirakçılarından bəzilərini "Polygraf AI" komandasının bir üzvü kimi görməkdən məmnun olacağını bildirib. Bundan əlavə, Yaqub Rəhimov regionda təhlükəsiz və suveren süni intellekt təşəbbüslərini dəstəkləmək məqsədilə ilk üçlükdə yer alan qalib komandalara 5 000 ABŞ dolları dəyərində "Polygraf AI" kreditləri təqdim edib.
"University Demo Day" hər zaman sadəcə bir müsabiqədən daha artıq olub. Bu, verilən bir dürüst sualın, qurulan bir faydalı əlaqənin və ya gözlənilməz bir söhbətin hər hansı bir ideyanı irəliyə apara biləcəyi bir platformadır", – deyə “SABAH.academy”nin rəhbəri Aminə Məlikova qeyd edib.
2022-ci ilin iyun ayında “SABAH.HUB” İnnovasiya Mərkəzinin nəzdində təsis edilmiş “SABAH.academy” gənclərin inkişafını, sahibkarlığı və innovasiyaları dəstəkləyən təlim və təhsil proqramları həyata keçirir. Platforma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılıb və "IE Business School" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Bu günə qədər proqram 1 000-dən çox tələbə komandasının formalaşmasına dəstək olub və ən yaxşı komandalar biznes ideyalarını daha da inkişaf etdirmək üçün "SABAH.lab"ə qəbul edilib.
“Baku ID”, “SABAH.HUB” İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan, startaplara və investisiyalara yönəlmiş, Azərbaycanın aparıcı innovasiya tədbirlərindən biridir.
Platformanın fəaliyyəti və ən son yeniliklər barədə daha ətraflı məlumatı “SABAH.HUB” saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"PAŞA Real Estate Qrup" və "Marriott International" Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
26 d. əvvəl
Qiymətlər 70%-dək endirilib- 1200 manat ucuzlaşan məhsul var ®
-
-
36 d. əvvəl
Azərbaycanın qiymətli kağızlar bazarının qlobal sistemə bağlanması üçün danışıqlar aparılıb
-
48 d. əvvəl
Böyük məbləğ. Böyük imkanlar. 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyası uzadılıb ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ-ın avtomobil nəhəngləri Çin avtomobillərinə daimi qadağa tələb edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Serbiyada ortaq şirkət yaradır - 500 MVt-lıq elektrik stansiyası tikiləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Qiymətlər 70%-dək endirilib- 1200 manat ucuzlaşan məhsul var ®
"PAŞA Real Estate Qrup" və "Marriott International" Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Ən çox oxunanlar
Tramp: “Əlimizdə demək olar ki, limitsiz sursat var”
“Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək
Rəsmi məzənnələr açıqlandı
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Azər Türk Bankdan yeni istehlak krediti kampaniyası ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycanda turistlərin xərcləri 349 milyon manat azaldı




















