“M.J. Financial Services BOKT”ın istiqrazlarına 52 investor 54 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
“M.J. Financial Services BOKT” ASC-nin 2 milyon manat həcmində istiqraz buraxılışının yerləşdirilməsi tam yekunlaşıb.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, AZ2002023169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10 iyul 2026-cı il tarixində başa çatıb.
Hərrac çərçivəsində hər birinin nominal və satış qiyməti 100 manat olan 20 min ədəd istiqrazın hamısı yerləşdirilib. İstiqrazlar üzrə sifarişlərin ümumi məbləği və reallaşdırılmış həcm 2 milyon manat təşkil edib.
İstiqrazların illik gəlirlilik dərəcəsi 16%, tədavül müddəti isə 18 aydır. Faiz gəlirləri ilk istiqrazın yerləşdirildiyi tarixdən başlayaraq hər üç təqvim ayından bir ödəniləcək.
Hərracda 52 investor tərəfindən ümumilikdə 54 sifariş təqdim olunub. Buraxılışın anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC olub.
Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlar kütləvi, birqiymətli hərrac üsulu ilə yerləşdirilib.
Bakı Fond Birjasının Listinq Komitəsi 6 iyul 2026-cı il tarixində istiqrazların ticarətə buraxılmasına icazə verib. Hərracın nəticələri birjanın müvafiq qaydalarının tələblərinə uyğun olduğundan istiqrazlar Standart Bazar Listinq seqmentinə daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
6 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























