Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
“Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım atıb. Şirkətlərin yeni xidmət ofisi “Sea Breeze Resort” ərazisində fəaliyyətə başlayıb.
Marja.az şirkətlərə istinadən xəbər verir ki, 9 iyul 2026-cı il tarixində keçirilmiş açılış mərasimində “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətlərinin Direktorlar Şurasının sədri Kamal İbrahimov, “Sea Breeze”in təsisçisi Emin Ağalarov, eləcə də şirkətlərin rəhbər heyətinin nümayəndələri iştirak ediblər.
Yeni ofis “Sea Breeze” ərazisində yaşayan sakinlərə, yerli və xarici qonaqlara, həmçinin biznes nümayəndələrinə müxtəlif sığorta xidmətlərinin daha əlçatan və operativ şəkildə təqdim edilməsini təmin edəcək.
Kamal İbrahimov bildirib ki, bu, şirkətlərin ölkə üzrə fəaliyyətə başlayan 21-ci xidmət ofisidir. Hazırda “Qala Sığorta” və “Qala Həyat Sığorta”nın ümumilikdə 36 filialı, nümayəndəliyi və xidmət ofisi mövcuddur.
Şirkətlər bu şəbəkə vasitəsilə 40-dan çox icbari və könüllü sığorta növü üzrə xidmət göstərirlər.
“Sea Breeze”dəki yeni ofisdə avtomobillərin, daşınmaz əmlakın və həyatın sığortalanması, eləcə də müxtəlif məsuliyyət sığortası növləri üzrə xidmətlər təqdim ediləcək.
Yeni ofisdən yalnız “Sea Breeze” sakinləri və qonaqları deyil, bütün vətəndaşlar istifadə edə biləcəklər. Müştərilər ofisə müraciət etməklə şirkətlərin təklif etdiyi müxtəlif sığorta məhsullarından yararlana bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
5 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti























