Rabitəbank təhsil işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib
(®) Yeni tədris ili ərəfəsində Rabitəbank təhsil sahəsində çalışan şəxslər üçün Nağd Pul krediti üzrə xüsusi kampaniyaya start verib. 13 iyul – 31 avqust 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində müəllimlər və digər təhsil işçiləri 50 000 AZN-dək məbləğdə krediti güzəştli şərtlərlə əldə edə biləcəklər.Kampaniya çərçivəsində təqdim olunan Nağd Pul krediti 59 ayadək müddətə rəsmiləşdirilir və illik faiz dərəcəsi 9,5%-dən başlayır.
Digər banklardakı kreditlərini Rabitəbanka köçürmək istəyən müştərilər üçün də xüsusi üstünlüklər nəzərdə tutulub. Kredit transferi zamanı faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir, transfer kreditləri isə 0% komissiya ilə rəsmiləşdirilir. Faiz endirimi transfer edilən kreditlər arasında qalıq borcu ən yüksək olan kreditin faiz dərəcəsi əsasında hesablanır. Yeni transfer kreditinin məbləği bağlanacaq kreditlərin ümumi məbləğinin 1,5 mislindən artıq olduqda isə 0,5% komissiya tətbiq olunur.
Kampaniyadan faydalanmaq və ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:https://rbt.az/tehsil
Rabitəbank müxtəlif peşə sahibləri üçün hazırladığı xüsusi kampaniyalarla müştərilərinin maliyyə imkanlarını genişləndirməyə davam edir. Təhsil işçiləri üçün təqdim olunan bu kampaniya da onların maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamağa imkan yaradır.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 43 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
6 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















