Reklam qalmaqalı böyüdü: Almond geri addım atdı – ŞİRKƏTDƏN AÇIQLAMA
Sosial şəbəkələrdə etiraz dalğası – Almond reklamını dayandırmaq məcburiyyətində qaldı“Almond Cake & Bakery” sosial şəbəkələrdə geniş müzakirələrə və sərt tənqidlərə səbəb olan reklam çarxının yayımını dayandırıb.
Marja.az xəbər verir ki, şirkət məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada son günlər reklam ətrafında səsləndirilən fikirlərin və yaranan müzakirələrin rəhbərliyi məyus etdiyini bildirib.
Şirkət qeyd edib ki, fəaliyyətə başladığı ilk gündən əsas məqsədi müştərilərə yüksəkkeyfiyyətli məhsullar təqdim etmək, onlara xoş və yaddaqalan anlar yaşatmaq olub.
Açıqlamada reklam çarxının sağlam və təbii qida dəyərlərinin ön plana çıxarılması məqsədilə hazırlandığı, lakin məzmunun cəmiyyətdə, xüsusilə qadınlar arasında narahatlıq yaratdığı etiraf edilib.
“Bütün iradları ciddiyyətlə qəbul edirik”
“Almond Cake & Bakery” bildirib ki, reklamla bağlı səsləndirilən bütün fikirlər diqqətlə dinlənilir və iradlar ciddi qəbul olunur.
Şirkətin açıqlamasında vurğulanıb ki, reklamın məqsədi insanların xarici görünüşünü, şəxsi seçimlərini və fərdi qərarlarını mühakimə etmək, yaxud hər hansı qrupu hədəfə almaq olmayıb.
Bununla belə, reklamın auditoriya tərəfindən şirkətin ilkin niyyətindən tamamilə fərqli formada qəbul edildiyi bildirilib. Brend yaranan müzakirələrin vermək istədiyi əsas mesajdan uzaqlaşmasını təəssüflə qarşıladığını qeyd edib.
Qalmaqallı reklam dayandırıldı
Şirkət yaranmış ictimai reaksiyanın reklamın brendin təmsil etdiyi dəyərləri düzgün çatdıra bilmədiyini göstərdiyini açıqlayıb.
Buna görə də sosial şəbəkələrdə səsləndirilən rəylər və yaranmış həssaslıq nəzərə alınaraq reklam çarxının yayımının dayandırılması barədə qərar qəbul edilib.
“Almond Cake & Bakery” heç bir qarşıdurmanın, polemikanın və şirkətin fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan müzakirələrin tərəfi və ya subyekti olmaq istəmədiyini bəyan edib.
Şirkət gələcək kommunikasiya layihələrində yaradıcı qərarların qəbuluna əlavə qiymətləndirmə mexanizmlərinin tətbiq ediləcəyini və reklamların mümkün ictimai təsirlərinin əvvəlcədən daha əhatəli şəkildə təhlil olunacağını açıqlayıb.
“Fikirlərini bizimlə bölüşən, rəy və mövqelərini hörmət çərçivəsində ifadə edən hər kəsə təşəkkür edir, müştərilərimizin etimadını hər zaman ən böyük prioritetimiz hesab etdiyimizi bir daha vurğulayırıq”, – açıqlamada bildirilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Nə baş verib?
Müzakirələr aktyor və ssenarist Taleh Yüzbəyovun rol aldığı, “Almond Cake & Bakery”nin təbii dondurmalarını tanıdan reklam çarxının yayımlanmasından sonra başlayıb.
“Təbii, ya qeyri-təbii?” adı ilə təqdim olunan reklamda Taleh Yüzbəyov qarşısında əyləşən qadının xarici görünüşündəki estetik müdaxilələri və prosedurları sadalayır, daha sonra auditoriyaya “Siz də təbiiliyi daha çox sevirsiniz?” sualını ünvanlayırdı. Reklamın əsas kommersiya mesajı təbii inqrediyentlərdən hazırlanan dondurmanın üstünlüyünü vurğulamaq idi.
Lakin məhsulun “təbiiliyi” ilə qadının xarici görünüşünün müqayisə edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Tənqidçilər reklamın estetik prosedur etdirən qadınları məsxərəyə qoyduğunu, qadın bədənini marketinq vasitəsinə çevirdiyini və xarici görünüşlə bağlı stereotipləri gücləndirdiyini bildiriblər. Bəzi sosial şəbəkə istifadəçiləri hətta brendin boykot edilməsinə çağırış ediblər.
Taleh Yüzbəyov tənqidlərə sosial şəbəkə hesabında cavab verərək qadınların da kişilər kimi tənqid edilə biləcəyini bildirib. O, estetik əməliyyat etdirməyin şəxsi seçim olduğu kimi, estetik görünüşü bəyənib-bəyənməməyin də digər insanların seçimi olduğunu qeyd edib. Aktyor reklam seriyasının sonrakı buraxılışlarında kişilərin də mövzu ediləcəyini açıqlayıb.
Müzakirələr daha sonra əlavə iddialarla genişlənib.
Beləliklə, əvvəlcə məhsulun təbii tərkibini vurğulamaq məqsədi daşıyan reklam qısa müddətdə qadınların xarici görünüşü, estetik müdaxilələr, reklam etikası və brendlərin ictimai məsuliyyəti ilə bağlı daha geniş müzakirəyə çevrilib. Yaranan reputasiya riski fonunda “Almond Cake & Bakery” reklamın mesajının düzgün çatdırılmadığını qəbul edərək onun yayımını dayandırıb.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
35 d. əvvəl
Paşinyan Ermənistanın Azərbaycana ilk ixracını həyata keçirdiyini bildirib
-
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın gəlirləri 29% azalıb – şirkət zərərdən mənfəətə keçib
-
1 saat əvvəl
Mərkəzi Bank 2 ödəniş sektoru şirkəti barəsində tədbir görüb
-
1 saat əvvəl
İlin əvvəlindən fantastik məbləğlər qazanıblar - Bu il sərvətini ən çox artıran milyarderlər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel yanacağı göndərilib
-
2 saat əvvəl
AzInTelecom bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank sədri: "Artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik"
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sentyabrın 4-də gözlənilən hava şəraiti
Audit hesabatı problem yaratdı – lisenziyası ləğv edildi
Ən çox oxunanlar
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Yeni Pajero təqdim edildi — Əfsanəvi SUV 20 ildən sonra tamamilə yeni nəsillə geri qayıdır
Tramp Putinlə görüş üçün əsas şərti açıqlayıb
Rəsmi məzənnələr açıqlandı
Meta “Muse Spark 1.3” süni intellekt modelini istifadəyə verib























