Azərbaycana ət idxalı 20% bahalaşıb – 6 ayda 57 milyon dollara yaxın vəsait xərclənib
Ət idxalının həcmi arıb, bir tonun orta dəyəri bahalaşıb (ət idxalına çəkilən xərc 20% artıb. Ölkəyə 24 min tondan çox ət gətirilib – Xərc 57 milyon dollara yaxınlaşıb. 1 ton ətin orta idxal dəyəri 2min 107 dollardan 2 min 325 dollara çatıb.2026-cı ilin yanvar–iyun aylarında (ilk 6 ay ərzində) Azərbaycana 24 min 413,97 ton ət idxal edilib. İdxal olunan ətin ümumi statistik dəyəri 56 milyon 752,98 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə ölkəyə 22 min 396,46 ton ət gətirilmiş, bunun üçün 47 milyon 181,29 min dollar xərclənmişdi.
Beləliklə, ət idxalı fiziki həcmdə 2 min 17,51 ton və ya 9% artıb. İdxalın dəyəri isə 9 milyon 571,69 min dollar və ya 20,3% yüksəlib.
Dəyərin idxal həcmindən daha sürətlə artması bir ton ətə düşən orta statistik idxal dəyərinin yüksəldiyini göstərir. Bu göstərici 2025-ci ilin ilk yarısındakı 2 min 107 dollardan 2026-cı ilin eyni dövründə təxminən 2 min 325 dollara çatıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 4 saat əvvəl
-
7 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
11 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
11 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
11 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























