Lombard şirkəti 3 milyon manatlıq istiqraz buraxır – Gəlirlilik 15%-dir
“GL” ASC ("Sizin Lombard" brendi) illik 15% gəlirlilik təklif edən 3 milyon manatlıq istiqrazlarını kapital bazarına çıxarır.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, 16 iyul 2026-cı il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
İstiqrazların yerləşdirilməsi üzrə hərrac 23 iyul 2026-cı il tarixində Bakı Fond Birjasında keçiriləcək.
Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 100 manat olan 30 min ədəd istiqrazın buraxılması nəzərdə tutulur. Beləliklə, istiqrazların ümumi buraxılış həcmi 3 milyon manat təşkil edəcək.
Faizli, təminatsız, sənədsiz və adlı istiqrazlar investorların geniş dairəsinə açıq olan kütləvi, birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Qiymətli kağızların illik gəlirlilik faizi 15%, tədavül müddəti isə 7 il müəyyən edilib.
İstiqrazlar üzrə faiz ödənişləri hər ay bir dəfə, hər ayın 30 gün olduğu qəbul edilməklə həyata keçiriləcək. Emissiyanın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlara AZ2042020282 dövlət qeydiyyat nömrəsi – ISIN verilib.
Aylıq faiz ödənişi və 15%-lik gəlirlilik istiqrazları sabit pul axını axtaran investorlar üçün cəlbedici edə bilər. Bununla belə, qiymətli kağızların təminatsız olması səbəbindən investisiya qərarı verilərkən emitentin maliyyə vəziyyətinin və ödəniş qabiliyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























