BOKT-a 13%-lə 4 milyon manat pul lazımdır
BOKT “EMBAFİNANS” QSC 4 milyon manat həcmində istiqraz buraxılışı həyata keçirir.
Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, 17 iyul 2026-cı il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə şirkətin istiqrazlarının standart bazar seqmentində ticarətə buraxılması təsdiqlənib.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 40 min ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqraz buraxılacaq. İstiqrazların illik gəlirlilik dərəcəsi 13%, tədavül müddəti isə 12 aydır.
Faizlər rüblük ödəniləcək
İstiqrazlar üzrə faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən başlayaraq hər üç təqvim ayından bir həyata keçiriləcək. Hesablamada bir ay 30 gün qəbul ediləcək.
Beləliklə, bir istiqraz sahibinə hər rüb 3 manat 25 qəpik, bir il ərzində isə ümumilikdə 13 manat faiz gəliri ödəniləcək. Emissiyanın tam yerləşdirilməsi halında “EMBAFİNANS”ın investorlar qarşısında illik faiz ödənişi 520 min manat təşkil edəcək.
Yerləşdirmə birqiymətli hərracla aparılacaq
İstiqrazlar kütləvi təklif üsulu ilə birqiymətli hərrac vasitəsilə yerləşdiriləcək. Emissiyanın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Qiymətli kağızların dövlət qeydiyyat nömrəsi AZ2016020607-dir. İstiqrazların Bakı Fond Birjasında ticarətə başlanacağı tarix emitent tərəfindən əlavə olaraq açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























