Sahələrin biçindən sonra yandırılması yolverilməzdir - 6000 MANATADƏK CƏRİMƏ
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək taxıl sahələrinin biçindən sonra yandırılmasının yolverilməz olduğunu bildirir.
Bu addım həm ekoloji, həm də aqrotexniki baxımdan olduqca zərərlidir. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını və əhalinin yaşadığı əraziləri əhatə edərək ciddi ekoloji problemlərə yol açır.
Torpağın münbitliyinə və bioloji strukturuna vurulan ziyan
Bitki qalıqları torpağın münbitliyini artıran, strukturunu və rütubət tutumunu yaxşılaşdıran ən vacib üzvi resurslardan biridir. Təəssüf ki, kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə əmək xərcləri tələb etdiyindən bitki qalıqları haqqında yanlış təsəvvürlərə malikdir.
Kövşənliyin və samanın yandırılması torpağa bərpaolunmaz ziyan vurur:
- Faydalı mikroorqanizmlərin məhv olması: Normalda 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrəsi ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Yanğın milyon illər ərzində formalaşmış bu faydalı mikrofloranı məhv edir və onun bərpası uzun müddət tələb edir.
- Kritik elementlərin və humusun itirilməsi: Yüksək temperaturun (360°C-yə qədər) təsiri ilə torpağın 0-5 sm qatında humus yanır, 10 sm qatında isə su buxarlanır. Humus itkisi hektara 1,3 ton təşkil edir. Səmərəli maddələrin məhvi nəticəsində toxumanın quru maddəsinin təxminən 95%-ni təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir.
- Maddi itkilər və məhsuldarlığın aşağı düşməsi: Bir hektarda 1 ton samanın yandırılması ilə 4,0-4,5 kq azot, 2,0-2,5 kq fosfor itirilir, 8-10 kq kalium isə yararsız hala keçir. Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməlidir. Halbuki, 1 ton buğda samanında dəyəri 12-35 manat olan qida maddələri var. Sahənin yandırılması növbəti ilin məhsuldarlığını 20-30% azaldır.
- Zərərvericilərlə səhv mübarizə: Bitki qalıqlarının yandırılması zərərvericilərə qarşı effektiv vasitə deyil. Çünki dənli bitkilərin əksər zərərvericiləri yanğın zamanı torpağın dərin qatlarında gizlənə bilsələr də, faydalı həşəratlar (məsələn, inkişafı dövründə 400-2000 mənənə məhv edən parabüzənlər) yanaraq tələf olur.
Alternativ və səmərəli idarəetmə üsulları
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə samanı doğrayıb mulça şəklində sahəyə səpəməyi, yaxud biçindən dərhal sonra samanı sahədən daşıyıb çıxarmağı tövsiyə edir.
Daha sonra becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum, 10-12 sm diskləmə və ya torpağın sıfır becərməsi aparılmalı, sahə aralıq bitkilərin səpininə hazırlanmalıdır. Kövşənlikdə birbaşa səpinin aparılması torpaqqoruyucu qat yaradaraq su və külək eroziyasının qarşısını alır, rütubəti qoruyur, alaq otlarının inkişafına mane olur və ümumi məhsuldarlığı yüksəldir.
Qanunvericilik və cərimələr
Məhsulu biçilmiş əkin sahələrinin yandırılması ciddi qanun pozuntusudur. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qəti qadağandır.
Bu qaydanı pozan fərdlər və qurumlar İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən aşağıdakı məbləğlərdə cərimə olunurlar:
- Fiziki şəxslər: 400 manatdan 600 manatadək
- Vəzifəli şəxslər: 1500 manatdan 2000 manatadək
- Hüquqi şəxslər: 5000 manatdan 6000 manatadək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq






















